Tanınmış sənətçimiz qəfil VƏFAT ETDİ
10 Noyabr 2026, 14:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2185
21.06.2026, 16:20
Yüzlərlə ürək tutmasından sağ çıxan şəxsin son yeməyi ilə bağlı aparılan araşdırma diqqətçəkən nəticələr ortaya qoyub.
Oxu24.com xəbər verir ki, kardioloq Oleq Varfolomeyev bildirib ki, tədqiqata cəlb olunan və ürək tutmasından sağ çıxan şəxslərin əksəriyyəti hadisədən bir neçə saat əvvəl ağır qidalar qəbul etdiklərini qeyd ediblər.
Həkimin sözlərinə görə, iştirakçıların hamısı tutmadan əvvəlki son yeməklərini "ağır" kimi xarakterizə ediblər. Mütəxəssislər hesab edirlər ki, həddindən artıq qida qəbulu ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər.
Əvvəlki araşdırmalar da göstərib ki, ürək tutmalarının sayı Yeni il və digər bayram günlərində artır. Alimlər bunu soyuq hava, fiziki aktivliyin azalması və emosional stress kimi amillərlə əlaqələndirirlər.
Bununla yanaşı, həddindən artıq yemək də risk faktorlarından biri hesab olunur. Tədqiqatlardan birinə əsasən, qeyri-adi dərəcədə ağır yemək yeyən şəxslərdə növbəti iki saat ərzində infarkt keçirmə ehtimalı dörd dəfə yüksəlir.
Araşdırma çərçivəsində infarkt keçirmiş 1986 nəfər arasında sorğu aparılıb. İştirakçılardan 158-i infarktdan əvvəlki 26 saat ərzində ağır yemək yediyini, 25 nəfər isə hadisədən iki saat əvvəl həddindən artıq qida qəbul etdiyini bildirib.
Mütəxəssislər xüsusilə yağlı qidaların ürəyə əlavə yük yaratdığını vurğulayırlar. Belə qidalar xolesterol səviyyəsini artırmaqla yanaşı, qan dövranında dəyişikliklərə, ürək döyüntüsünün və qan təzyiqinin yüksəlməsinə səbəb olaraq infarkt riskini artıra bilər.
Həkimlər ürək-damar xəstəlikləri olan şəxslərə yağ və karbohidratlarla zəngin qidaların qəbulunu məhdudlaşdırmağı tövsiyə edirlər.(milli.az)
14:58 / 10 Noyabr 2026
363
14:55 / 10 Noyabr 2026
87
14:48 / 10 Noyabr 2026
95
14:23 / 10 Noyabr 2026
181
14:20 / 10 Noyabr 2026
507
14:09 / 10 Noyabr 2026
144
14:00 / 10 Noyabr 2026
666
13:44 / 10 Noyabr 2026
100
13:38 / 10 Noyabr 2026
329
13:26 / 10 Noyabr 2026
1329
13:24 / 10 Noyabr 2026
122
13:20 / 10 Noyabr 2026
305
13:05 / 10 Noyabr 2026
156
13:00 / 10 Noyabr 2026
124
12:37 / 10 Noyabr 2026
477
12:31 / 10 Noyabr 2026
122
12:21 / 10 Noyabr 2026
529
12:18 / 10 Noyabr 2026
148
12:04 / 10 Noyabr 2026
153
12:00 / 10 Noyabr 2026
331
11:45 / 10 Noyabr 2026
2668
11:42 / 10 Noyabr 2026
115
11:39 / 10 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.