8 Noyabr prospektində təmir aparılacaq - Sürücülərin nəzərinə!
13 Sentyabr 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
7872
20.06.2026, 00:13
Son vaxtlar bəzi vətəndaşlar qeydiyyatda olduqları yaşayış evləri söküldükdən sonra şəxsiyyət vəsiqələrinin sistemdə deaktiv göründüyünü, bunun da pensiya və digər sosial ödənişlərin alınmasında çətinlik yaratdığını bildirirlər.
Bəs qeydiyyat ünvanı ilə bağlı yaranan problem pensiya ödənişlərinin dayanmasına səbəb ola bilərmi?
Oxu24.com bildirir ki, mövzu ilə bağlı konkret.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, vətəndaşın heç bir ünvanda rəsmi qeydiyyatının olmaması pensiya ödənişlərinin müvəqqəti dayandırılmasına gətirib çıxara bilər.
“Vətəndaş daimi qeydiyyatda deyilsə, faktiki olaraq ona pensiya təminatı dayandırılır. Bir ünvandan digər ünvana qeydiyyat yerinin dəyişdirilməsi nəticə etibarilə pensiya ödənişlərinin dayanmasına səbəb ola bilir. Bu, qanunvericilikdə də öz əksini tapıb. Lakin bu, pensiyanın tamamilə ləğv edilməsi demək deyil. Sadəcə, vətəndaşın heç bir yerdə qeydiyyatı olmadığı müddətdə ödənişlərin icrası mümkün olmur”.
Ekspert qeyd edib ki, prosesdə əsas rol pensiya ödənişlərini həyata keçirən müvəkkil bankların üzərinə düşür. Banklar vətəndaşın qeydiyyat məlumatlarını sistem üzərindən yoxlayaraq ödənişləri həyata keçirirlər.
“Vətəndaşın müvafiq inzibati ərazi üzrə qeydiyyatı sistemdə görünürsə, pensiya ödənişi həyata keçirilir. Əgər qeydiyyat mövcud deyilsə, ödənişlər icra olunmur. Bu məsələdə Dövlət Sosial Müdafiə Fondunun və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi müdaxilə funksiyası yoxdur. Əsas məsələ vətəndaşın qeydiyyat məlumatlarının sistemdə aktiv olmasıdır”, – deyə o, vurğulayıb.
R.Abbasbəyli bildirib ki, vətəndaş yeni ünvanda qeydiyyata düşdükdən sonra məlumatlar sistemə daxil edilir və pensiya ödənişləri bərpa olunur. Lakin əlillik pensiyası və ya müddətli sosial təminat növləri üzrə yenidən təyinat tələb olunarsa, qeydiyyatın olmaması əlavə problemlər yarada bilər.
“Əgər vətəndaşın növbəti mərhələ üçün yenidən komissiyadan keçərək pensiya təyin etdirməsi tələb olunursa və həmin vaxt rəsmi qeydiyyatı yoxdursa, ona yeni təyinat verilməyə bilər. Buna görə də ilk növbədə faktiki yaşayış yeri üzrə qeydiyyat məsələsi həll olunmalıdır”, – ekspert qeyd edib.
İqtisadçının sözlərinə görə, qeydiyyat problemi nə dövlət qurumlarının, nə də bankların məsuliyyətidir:
“Bu, birbaşa vətəndaşın üzərinə düşən öhdəlikdir. Bir ünvandan çıxıb digər ünvana qeydiyyata düşənədək yaranan 10-15 günlük, bəzən isə bir aya qədər davam edən texniki müddətdə pensiya ödənişləri həyata keçirilməyəcək. Bu zaman yaranan gecikmələrin məsuliyyəti də vətəndaşın üzərində qalır”.
Ekspert əlavə edib ki, belə hallar təkcə evlərin sökülməsi zamanı deyil, mənzilin satılması, yaşayış yerinin dəyişdirilməsi və ya bir rayondan digərinə köçmə hallarında da baş verir. Onun sözlərinə görə, qanunvericilik vətəndaşın faktiki yaşayış yerinin müəyyən edilməsini tələb etdiyindən rəsmi qeydiyyatın vaxtında yenilənməsi sosial ödənişlərin fasiləsiz alınması baxımından mühüm əhəmiyyət daşıyır.
00:51 / 13 Sentyabr 2026
24
00:35 / 13 Sentyabr 2026
132
00:14 / 13 Sentyabr 2026
312
00:06 / 13 Sentyabr 2026
149
23:49 / 12 Sentyabr 2026
62
23:38 / 12 Sentyabr 2026
116
23:34 / 12 Sentyabr 2026
63
23:31 / 12 Sentyabr 2026
58
22:35 / 12 Sentyabr 2026
65
22:31 / 12 Sentyabr 2026
59
22:26 / 12 Sentyabr 2026
92
22:25 / 12 Sentyabr 2026
130
22:22 / 12 Sentyabr 2026
76
22:14 / 12 Sentyabr 2026
79
22:13 / 12 Sentyabr 2026
581
22:02 / 12 Sentyabr 2026
290
21:52 / 12 Sentyabr 2026
146
21:34 / 12 Sentyabr 2026
286
21:25 / 12 Sentyabr 2026
1588
21:20 / 12 Sentyabr 2026
70
21:14 / 12 Sentyabr 2026
79
21:05 / 12 Sentyabr 2026
67
20:48 / 12 Sentyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.