Azərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK
13 Sentyabr 2026, 08:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
563
19.06.2026, 13:37
Bakıda insan hüquqları və müasir texnologiyaların kəsişməsini hədəfləyən mühüm qlobal tədbir baş tutub. Paytaxtımızda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində dünyanın dörd bir yanından gələn hüquq müdafiəçiləri, ekspertlər və dövlət rəsmiləri bir araya gələrək rəqəmsallaşma dövrünün ən aktual çağırışlarını müzakirə ediblər. “Süni intellekt dövründə insan hüquqları: İmkanlar, risklər və məsuliyyətlər” mövzusuna həsr olunmuş sammitin yekununda beynəlxalq miqyasda böyük əks-səda doğuran "Süni İntellekt və İnsan Hüquqları üzrə Bakı Bəyannaməsi" qəbul edilib.
Sözügedən sənəddə süni intellekt (Sİ) sistemlərində şəxsi məlumatların qorunması, vətəndaşların rəqəmsal toxunulmazlığı və kiber-təhlükəsizliyin gücləndirilməsi ən vacib şərtlərdən biri kimi irəli sürülüb. Bu gün Sİ-nin inkişafı üçün milyonlarla insanın fərdi datası (böyük verilənlər) fasiləsiz olaraq toplanır və emal edilir.
Bəs texniki baxımdan həm süni intellekti inkişaf etdirib, həm də vətəndaşın şəxsi məlumatlarının toxunulmazlığını yüz faiz təmin etmək nə dərəcədə mümkündür? Bu sahədə hansı boşluqlar və təhlükələr mövcuddur?
Mövzu ilə bağlı Oxu24.com-un suallarını İT mütəxəssisi Elvin Abbasov cavablandırıb.
“Məlumatlar gizlədilsə də, ağıllı alqoritmlər real kimliyimizi asanlıqla tapır"
Süni intellektin işləmə prinsipi və məlumat gizliliyi arasındakı ziddiyətlərə toxunan Elvin Abbasov bildirib ki, hazırkı sistem daxilində tam təhlükəsizliyi təmin etmək demək olar ki, qeyri-mümkündür:
“Süni intellektin yüksək sürətlə öyrənməsi üçün milyonlarla insanın gündəlik həyatından toplanan datalara, yəni bizim rəqəmsal izlərimizə ehtiyacı var. Texniki tərəfdən baxsaq, həm bu sistemləri mükəmməl inkişaf etdirmək, həm də fərdi həyatımızın gizliliyini yüz faiz qorumaq indiki şəraitdə demək olar ki, qeyri-mümkündür. Şirkətlər məlumatlarımızı kimliyimizi gizlədərək topladıqlarını desələr də, ağıllı alqoritmlər fərqli yerlərdən aldıqları xırda detalları birləşdirib real kimliyimizi asanlıqla tapır”.
“Süni intellektin daxili arxitekturası kənardan nəzarəti çətinləşdirir"
İT mütəxəssisi süni intellekt texnologiyalarının qapalı qutu kimi fəaliyyət göstərməsinin yaratdığı riskləri də diqqətə çatdırıb:
"Üstəlik, süni intellektin daxili arxitekturası elə qurulub ki, məlumat daxilə ötürüldükdən sonra onun hansı məntiqlə işləndiyini kənardan görmək və nəzarət etmək çox çətindir; bu da adi bir vətəndaşın öz şəxsi dünyası üzərindəki nəzarəti itirməsi deməkdir”.
Çıxış yolu nədir?
Mövcud çıxılmaz vəziyyətdən qurtulmaq üçün texnoloji yanaşmanın kökündən dəyişməli olduğunu vurğulayan E.Abbasov, yeni nəsil metodların tətbiqini təklif edib:
"Bu çıxılmaz vəziyyətdən qurtulmaq üçün texnologiyaya yanaşmamızı dəyişməli və insanı mərkəzə qoyan rəqəmsal həllərə keçməliyik. Məsələn, federativ öyrənmə metodları sayəsində süni intellekt bizim şəxsi mesajlarımızı, şəkillərimizi və ya vərdişlərimizi böyük mərkəzi serverlərə daşımadan, birbaşa öz smartfonlarımızda fərdi şəkildə öyrənə bilər. Beləcə, datamız bizim cihazımızdan kənara çıxmaz və gizliliyimiz qorunmuş olar”.
“Virtual təhlükəsizliyi yalnız qanunların quru bəndlərinə buraxmamalıyıq"
Sonda vətəndaş məsuliyyətinə və fərdi kibertəhlükəsizlik qaydalarına toxunan ekspert hər kəsi rəqəmsal gigiyenaya diqqət etməyə çağırıb:
"Virtual təhlükəsizliyimizi yalnız qanunların quru bəndlərinə buraxmamalı, gündəlik həyatımızda kiber-gigiyena vərdişlərimizi artırmalı və texnoloji inkişafın bizi sadəcə bir data mənbəyinə çevirməsinə icazə verməməliyik”.
Çimnaz Telmanqızı
08:58 / 13 Sentyabr 2026
1
08:35 / 13 Sentyabr 2026
38
08:07 / 13 Sentyabr 2026
92
00:51 / 13 Sentyabr 2026
95
00:35 / 13 Sentyabr 2026
540
00:14 / 13 Sentyabr 2026
1295
00:06 / 13 Sentyabr 2026
507
23:49 / 12 Sentyabr 2026
107
23:38 / 12 Sentyabr 2026
189
23:34 / 12 Sentyabr 2026
152
23:31 / 12 Sentyabr 2026
100
22:35 / 12 Sentyabr 2026
108
22:31 / 12 Sentyabr 2026
90
22:26 / 12 Sentyabr 2026
172
22:25 / 12 Sentyabr 2026
303
22:22 / 12 Sentyabr 2026
119
22:14 / 12 Sentyabr 2026
120
22:13 / 12 Sentyabr 2026
880
22:02 / 12 Sentyabr 2026
1057
21:52 / 12 Sentyabr 2026
208
21:34 / 12 Sentyabr 2026
418
21:25 / 12 Sentyabr 2026
4728
21:20 / 12 Sentyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.