Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan Rumıniya ilə qarşılıqlı investisiyaların təşviqini müzakirə edib 

Azərbaycan Rumıniya ilə qarşılıqlı investisiyaların təşviqini müzakirə edib 

CƏMİYYƏT

103

18.06.2026, 17:08

Azərbaycan və Rumıniya arasında iqtisadi və ticarət əməkdaşlığının əsas istiqamətləri, qarşılıqlı investisiyaların təşviqi müzakirə olunub.

Oxu24.com İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Mikayıl Cabbarovun Rumıniya Prezidentinin xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marius Lazurka ilə görüşünda aparılıb.

Görüşdə Azərbaycan ilə Rumıniya arasında iqtisadi və ticarət əməkdaşlığının əsas istiqamətləri, qarşılıqlı investisiyaların təşviqi və tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər enerji, tranzit və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu istiqamətlərdə həyata keçirilən birgə layihələr ölkələr arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, regional əlaqələrin inkişafına və yeni iqtisadi imkanların formalaşmasına töhfə verir.

Müzakirələr zamanı qlobal çağırışlar şəraitində qarşılıqlı faydalı işbirliyinin gücləndirilməsi və ortaq həllərin təşviqi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.