Qaynar xətt:

(+99450) 247 90 86

“Gəmilər Hörmüzdən keçməyə başladı” - Tramp

“Gəmilər Hörmüzdən keçməyə başladı” - Tramp

DÜNYA

141

15.06.2026, 18:15

ABŞ Prezidenti Donald Tramp Fars körfəzi zonasındakı hərbi əməliyyatlara görə bloklanan neft tankerlərinin Hörmüz boğazından keçməyə başladığını elan edib.

Oxu24.com  xəbər verir ki, ABŞ lideri bu barədə özünə məxsus “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.

Trampın sözlərinə görə, həmin gəmilərin böyük hissəsi neft daşıyır:

“Onlar tamamilə təhlükəsiz olan cənub yolu ilə hərəkət edirlər. Digər hərəkət zonaları da mövcuddur”.

Qeyd edək ki, iyunun 14-də “Reuters” agentliyi yüksəkrütbəli bir İran rəsmisinə istinadən ABŞ ilə imzalanacaq anlaşma memorandumunun yekun layihəsinin detallarını açıqlamışdı.

Həmin sənədə əsasən, Hörmüz boğazının yenidən fəaliyyətə başlaması, ABŞ-nin neft sanksiyalarının ləğv edilməsi və 60 gün ərzində yekun sülh sazişinin hazırlanması nəzərdə tutulur.

Məlumata görə, razılaşmada İranın Hörmüz boğazını dərhal bütün kommersiya gəmiləri üçün açacağı, ABŞ-ın isə İran limanlarının hərbi-dəniz blokadasını qaldıracağı qeyd olunub. Birləşmiş Ştatlar memorandum imzalandıqdan dərhal sonra blokadanı mərhələli şəkildə götürməyə başlayacaq və bu proses 30 gün ərzində yekunlaşacaq.