Qaynar xətt:

(+99450) 247 90 86

Moskvada Azərbaycan şərablarının təqdimatı keçirilib

Moskvada Azərbaycan şərablarının təqdimatı keçirilib

CƏMİYYƏT

89

15.06.2026, 13:32

Rusiya paytaxtında Azərbaycan şərablarının təqdimatı keçirilib.

Oxu24.com  xəbər verir ki, Azərbaycanın Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin zəngin şərabçılıq ənənələri, yüksək keyfiyyətli məhsulları və turizm potensialı nümayiş olunub.

Qonaqlar Azərbaycan şərablarının dadına baxmaqla yanaşı, milli musiqi və rəqs nömrələrindən ibarət maraqlı proqram izləyiblər.

Tədbirdə müxtəlif bölgələrdə istehsal olunan Azərbaycan şərabları nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin nümayəndəsi Asiman Həşimli, ölkəmizin Rusiyadakı səfirliyinin müşaviri Yusif Vəzirov Azərbaycanda şərabçılıq sahəsinin inkişafından danışıb. Azərbaycan məhsullarının keyfiyyət göstəricilərinin beynəlxalq bazarlarda rəqabət qabiliyyətini artdığı vurğulanıb. Təqdimat zamanı qonaqlara Azərbaycanın ixrac potensialı və yerli istehsalçıların uğurları barədə də məlumat verilib.

Eyni zamanda, tədbir çərçivəsində ölkəmizin turizm imkanları da nümayiş etdirilib. Azərbaycan Turizm Bürosunun Rusiya nümayəndəliyinin rəhbəri Cəlal İsmayılov ölkəmizin turizm marşrutları barədə ətraflı məlumat verib.

Gecə ərzində peşəkar somelyelər şərabların xüsusiyyətləri, istehsal prosesi və Azərbaycan üzümçülük mədəniyyəti barədə ətraflı məlumat veriblər. (APA)