Sabah pensiyaların ödənilməsi yekunlaşdırılacaq
19 May 2026, 23:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
128
19.05.2026, 22:46
Azərbaycanda əməkhaqları ilə bağlı yeni müzakirələr yenidən gündəmə gəlib. 2026–2028-ci illəri əhatə edən Baş Kollektiv Sazişdə bəzi sahələrdə çalışan işçilərin maaşlarının artırılması istiqamətində tədbirlərin davam etdiriləcəyi qeyd olunub. Xüsusilə mənzil-kommunal təsərrüfatı sahəsində çalışanların əməkhaqlarının ölkə üzrə orta aylıq maaş səviyyəsinə yaxınlaşdırılması diqqət çəkən məqamlardan biridir. Bununla yanaşı, ərzaq və qeyri-ərzaq məhsullarına dövlət nəzarətinin gücləndirilməsi də sənəddə əksini tapıb.
Oxu24.com xəbər verir ki, Demokrat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, hazırda bu məsələ ilə bağlı konkret fikir söyləmək çətindir:
“Bu tip məlumatlar əvvəlcədən ictimaiyyətə açıqlansa da, yekun qərarlar sonradan Nazirlər Kabineti tərəfindən verilir və hansı sahələri əhatə edəcəyini indidən demək mümkün deyil. Əgər hər hansı işçi minimum əməkhaqqından aşağı maaş alırsa, bu artıq qanun pozuntusu hesab olunur. Ümumilikdə isə Azərbaycanda əməkhaqlarının aşağı olduğu, xüsusilə bəzi sahələrdə insanların aldığı maaşların gündəlik tələbatları tam qarşılamaq üçün yetərli deyil. Eyni vəziyyət təqaüdlərlə bağlı da müşahidə olunur.
Bu səbəbdən həm minimum əməkhaqqının, həm də təqaüdlərin artırılmasına ciddi ehtiyac var. Maaş artımları yalnız müəyyən sahələri deyil, daha geniş istiqamətləri əhatə etməlidir. Xüsusilə büdcə təşkilatlarında çalışan şəxslərin əməkhaqlarının yüksək deyil. Dövlət qulluğu ilə müqayisədə digər sahələrdə çalışanların maddi vəziyyəti daha çətindir. Sosial rifahın yaxşılaşdırılması üçün maaş və təqaüdlərin artırılması yalnız iqtisadi məsələ deyil, həm də insanların həyat keyfiyyətinə birbaşa təsir edən vacib amildir”.
00:00 / 20 May 2026
1
23:34 / 19 May 2026
67
23:21 / 19 May 2026
77
23:12 / 19 May 2026
54
22:56 / 19 May 2026
101
22:44 / 19 May 2026
200
22:26 / 19 May 2026
65
22:13 / 19 May 2026
65
21:58 / 19 May 2026
453
21:49 / 19 May 2026
70
21:35 / 19 May 2026
81
21:20 / 19 May 2026
72
21:09 / 19 May 2026
129
20:47 / 19 May 2026
84
20:47 / 19 May 2026
66
20:42 / 19 May 2026
73
20:38 / 19 May 2026
64
20:34 / 19 May 2026
66
20:31 / 19 May 2026
56
20:27 / 19 May 2026
128
20:24 / 19 May 2026
169
20:23 / 19 May 2026
126
20:12 / 19 May 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.