Bal niyə illərlə xarab olmur? - SİRR AÇILDI
11 Noyabr 2026, 13:41
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
592
19.05.2026, 17:30
Təəssüf ki, tez-tez evdə gecikdirilərək kritik həddə ağırlaşmış xəstələr görməli oluruq. Xüsusilə yaşlı xəstələr arasında "keçər, düzələr, adi xəstəlikdir" deyərək müalicə olunmayan sadə yuxarı tənəffüs yolu, sidik yolu infeksiyalarının bəzən ağır sepsis, septik şok, müxtəlif ensefalopatiyalarla və s. nəticələnə bilir.
Bəs qSOFA nədir və xəstə yaxınları nələrə diqqət etməlidir?
Mövzu ilə bağlı oxu24.com-a danışan infeksionist Roza Murad bildirib ki,qSOFA - infeksion şübhəsi olan xəstələrdə vəziyyətin ağırlığını və ölüm riskini sürətlə təyin etmək üçün istifadə olunan 3 parametrli sadə bir şkaladır. Hər hansı laborator analiz tələb etmədiyi üçün ağır xəstəni evdə də qSOFA ilə qiymətləndirmək mümkündür.
Bu parametrlər hansılardır?
1) Tənəffüs sayının artması - dəqiqəlik tənəffüs sayının 22 dən artıq olması - bəsit şəkildə smartfonunuzun taymerindən istifadə etməklə 1 dəqiqə ərzindəki tənəffüs almasını və ya verməsini (ikisindən biri) saymaqla öyrənmək olar
2) Sistolik(yuxarı təzyiq) qan təzyiqinin <100 mmHg aşağı olması. İşlək təzyiqi davamlı yüksək olan xəstələrdə isə bu onun gündəlik ölçülən təzyiqindən 30-40 mm aşağı olması halında da nəzərə alınmalıdır. Yəni, məsələn gündəlik təzyiqi 180 mm olan biri üçün 150 mm və aşağısı həyəcan təbili ola bilər. Sadə təzyiqölçən cihazlarla ailə üzvlərinizin təzyiqinə nəzarət edə bilərsiniz.
3) Huşun alaqaranlıqlaşması - bu ən yanlış anlaşılandır. Çünki, huş dəyişikliyi dedikdə əksər hallarda bayılma, koma başa düşülür.
Lakin, xüsusən 65+yaşlı, şəkərli diabeti olan, yanaşı ürək, böyrək, qaraciyər, ağciyər xəstəliyi olan xəstələrdə ilk başda özünü sadə yuxululuq halının olması - söhbət əsnasında yuxulayır, çağırdıqda tam oyana bilmir; gözlənilməz aqressiivlik; cümlə qura bilməmə - çağırışa qırıq-qırıq sözlər, anlaqsız səslərlə cavab verir; səndələmə, evin içində istiqaməti təyin edə bilməmə kimi göstərə bilər. Daha ağır mərhələdə isə xəstə gözünü açmır, səsə ağrıya reaksiya vermir.
Bu 3 haldan hər biri ciddidir və həyati əhəmiyyətlidir.
Xüsusilə 3 - cü punktda olan əlamətləri olan xəstənin artıq tam adekvat olmadığını nəzərə alın və imtina etməsinə baxmayaraq dərhal təcili yardıma və ya xəstəxanaya müraciət edin.
Nigar
16:35 / 11 Noyabr 2026
56
16:07 / 11 Noyabr 2026
87
16:04 / 11 Noyabr 2026
160
16:01 / 11 Noyabr 2026
87
16:00 / 11 Noyabr 2026
65
15:50 / 11 Noyabr 2026
76
15:50 / 11 Noyabr 2026
86
15:40 / 11 Noyabr 2026
75
15:31 / 11 Noyabr 2026
378
15:27 / 11 Noyabr 2026
593
15:13 / 11 Noyabr 2026
109
15:07 / 11 Noyabr 2026
161
14:51 / 11 Noyabr 2026
118
14:43 / 11 Noyabr 2026
184
14:39 / 11 Noyabr 2026
238
14:36 / 11 Noyabr 2026
115
14:26 / 11 Noyabr 2026
1125
14:13 / 11 Noyabr 2026
875
13:58 / 11 Noyabr 2026
316
13:54 / 11 Noyabr 2026
611
13:48 / 11 Noyabr 2026
180
13:44 / 11 Noyabr 2026
268
13:41 / 11 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.