Azərbaycan Vyetnamla investisiya əməkdaşlığını müzakirə edib
11 Noyabr 2026, 16:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
830
19.05.2026, 18:01
"Müəllimlərin sertifikatlaşdırılması prosesinin cari mərhələsi üçün mövcud imtahan formatında və qiymətləndirmə qaydalarında köklü dəyişiklik nəzərdə tutulmur. Elm və Təhsil Nazirliyinin rəsmi açıqlamasına görə, ilk beş dövr tamamlanana qədər qaydaların sabit saxlanması planlaşdırılır ki, əvvəlki illərdə imtahan verən müəllimlərə qarşı qeyri-bərabər münasibət yaranmasın".
Oxu24.com xəbər verir ki bunu Redaktor.az-a müəllimlərin sertifikasiya imtahanından danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov bildirdi.
Onun sözlərinə görə, bu prosesin genişləndirilməsi və bəzi texniki-təşkilati məsələlərlə bağlı müəyyən yeniliklər var:
"Bu il ilk dəfə olaraq tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə müəllimləri sertifikasiya imtahanına cəlb olunur. Birinci qrup görmə məhdudiyyətli müəllimlər üçün imtahanda əlavə 60 dəqiqə vaxt ayrılması və qrafik sualların yazılı mətnlərlə əvəz olunması kimi dəyişikliklər təsdiqlənib. Eyni zamanda Milli Məclisdə qəbul olunan qanun layihəsinə əsasən, artıq uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin müəllimləri də attestasiya əvəzinə sertifikasiyaya cəlb olunur. Bu isə Mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisələrə aiddir. Hansısa dəyişikliklər edilməlidirmi? Əslində, mən düşünürəm ki, ilk növbədə əsas dəyişiklik ballara mütənasib differensial əməkhaqqı yanaşması ilə bağlı ola bilər. Çünki məlumdur ki, 51 və daha yüksək bal toplayanlara 35%, 31-50 bal toplayanlara isə 10% əlavə verilir. Mən düşünürəm ki, bir bal fərqinin əməkhaqqında 25% fərq yaratması kifayət qədər ədalətsiz yanaşmadır. Məsələn, 50 bal toplayan müəllim 10% əlavə alır, amma 51 bal toplayan müəllim 35% əlavə alır. Mən hesab edirəm ki, bu yanaşma dəyişdirilməlidir. Baxmayaraq ki, müəllimlərin sertifikasiyaya cəlb olunması ilə bağlı Elm və Təhsil Nazirliyinin mövqeyini hər zaman dəstəkləmişəm, bu gün də dəstəkləyirəm və hesab edirəm ki, bu, keyfiyyətli təhsil naminə atılmış düzgün addımdır. Ballara uyğun əməkhaqqı diferensiasiyasında dəyişiklik mütləq lazımdır. Məsələn, 31-35 bal toplayanlar üçün ayrıca faiz, 36-40 bal toplayanlar üçün fərqli faiz tətbiq oluna bilər və s. Hazırkı vəziyyətdə 31 bal toplayanla 50 bal toplayan müəllim arasında fərq yoxdur, eyni zamanda 51 baldan yuxarı nəticələrdə də eyni yanaşma tətbiq olunur. Bu baxımdan yanaşma dəyişdirilməlidir və mən bunun tərəfdarıyam".
Ekspert bildirdi ki, 30 ildən çox stajı olan və beynəlxalq uğurları olan yaradıcı müəllimlərin sertifikasiyadan azad edilməsi də məqsədəuyğun hesab olunur:
"Çünki bu kateqoriyaya daxil olan müəllimlərin hazırladığı şagirdlər beynəlxalq yarışlarda uğur qazanır, onların elmi məqalələri, araşdırmaları, kitabları və elmi dərəcələri olur. Bu baxımdan yanaşma differensial şəkildə tətbiq edilməlidir. Bununla yanaşı, 20 ildən artıq qüsursuz fəaliyyət göstərmiş yaşlı nəsil müəllimlərlə yeni fəaliyyətə başlayan gənc müəllimlər üçün imtahan sualları və metodoloji tələblər fərqləndirilə bilər. Müəllimin sinifdaxili fəaliyyəti və şagird nailiyyətlərinin də qiymətləndirmə sisteminə inteqrasiyası təmin olunsa, bu, daha effektiv nəticə verə bilər. Çünki yalnız nəzəri biliklərin qiymətləndirilməsi məsələyə birtərəfli yanaşmaya səbəb olur. Digər tərəfdən, metodika üzrə sualların təkmilləşdirilməsinə ehtiyac var. Test mərhələsində kurikulum və metodologiya ilə bağlı bəzi mübahisəli nəzəri suallar azaldılmalı, daha çox praktiki, sinif idarəetməsinə yönəlmiş situasiya tipli suallara üstünlük verilməlidir. Bu yanaşma müəllimlərdə stresi də azalda bilər. Nəticə etibarilə, bu yanaşma ümumilikdə doğru və faydalıdır, prosesin özü isə dəyərlidir. Mən bunu son illərdə Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən ən düzgün addımlardan biri kimi qiymətləndirirəm və dəstəkləyirəm".
16:35 / 11 Noyabr 2026
56
16:07 / 11 Noyabr 2026
87
16:04 / 11 Noyabr 2026
160
16:01 / 11 Noyabr 2026
87
16:00 / 11 Noyabr 2026
65
15:50 / 11 Noyabr 2026
76
15:50 / 11 Noyabr 2026
86
15:40 / 11 Noyabr 2026
75
15:31 / 11 Noyabr 2026
378
15:27 / 11 Noyabr 2026
593
15:13 / 11 Noyabr 2026
109
15:07 / 11 Noyabr 2026
161
14:51 / 11 Noyabr 2026
118
14:43 / 11 Noyabr 2026
184
14:39 / 11 Noyabr 2026
238
14:36 / 11 Noyabr 2026
115
14:26 / 11 Noyabr 2026
1125
14:13 / 11 Noyabr 2026
875
13:58 / 11 Noyabr 2026
316
13:54 / 11 Noyabr 2026
611
13:48 / 11 Noyabr 2026
180
13:44 / 11 Noyabr 2026
268
13:41 / 11 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.