Azərbaycan Vyetnamla investisiya əməkdaşlığını müzakirə edib
11 Noyabr 2026, 16:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
784
19.05.2026, 21:35
Xəzər dənizinin səviyyəsində müşahidə olunan dəyişiklik onu göstərir ki, adaptasiya tədbirləri həyata keçirilməlidir.
Oxu24.com Report-a istinadla xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Xəzər regionunda iqlim dəyişikliyinə davamlı şəhərlər və icmalar Şəhər adaptasiyası üçün iqlim maliyyələşdirməsinin təmin edilməsi" adlı sessiyada deyib.
Onun sözlərinə görə, Xəzər dənizi Azərbaycan üçün strateji sərvət olmaqla yanaşı, eyni zamanda ekoloji irs və həssas təbii sistemdir:
"Dünyanın bir çox bölgələri kimi, Xəzər hövzəsi də iqlim dəyişikliyinə yüksək həssaslıq göstərən ərazilərdən biridir. Temperaturun yüksəlməsi, su ehtiyatlarının azalması, uzun müddət davam edən quraqlıq dövrləri, torpaqların deqradasiyası, biomüxtəlifliyin itirilməsi və artan ekstremal hava hadisələri region ölkələri üçün yeni çətinliklər yaradır. Son illərdə Xəzər dənizinin suyun səviyyəsinin aşağı düşməsi artıq ciddi ekoloji təhlükəyə çevrilib. Bu proses sahil ekosistemlərinə, eləcə də şəhər infrastrukturuna, balıqçılığa, logistikaya, turizmə və milyonlarla insanın həyat şəraitinə birbaşa təsir göstərir".
A. Səmədzadə əlavə edib ki, Xəzər dənizinin səviyyəsində müşahidə olunan dəyişikliklər bir daha göstərir ki, region ölkələri uyğunlaşma tədbirlərini daha tez, əlaqələndirilmiş şəkildə və elmi əsaslarla həyata keçirməlidirlər:
"Xəzər hövzəsində baş verən ekoloji proseslər region ölkələrinin ortaq məsuliyyətini və əməkdaşlığını daha da vacib edir. Bu baxımdan, Xəzər dənizinin dəniz mühitinin qorunması haqqında Konvensiya çərçivəsində birgə fəaliyyətlər, eləcə də Xəzəryanı dövlətlərlə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, informasiya və təcrübə mübadiləsinin gücləndirilməsi, birgə elmi tədqiqatların təşviqi və regional uyğunlaşma təşəbbüslərinin inkişafı xüsusi əhəmiyyət kəsb edir".
16:35 / 11 Noyabr 2026
56
16:07 / 11 Noyabr 2026
87
16:04 / 11 Noyabr 2026
160
16:01 / 11 Noyabr 2026
87
16:00 / 11 Noyabr 2026
65
15:50 / 11 Noyabr 2026
76
15:50 / 11 Noyabr 2026
86
15:40 / 11 Noyabr 2026
75
15:31 / 11 Noyabr 2026
378
15:27 / 11 Noyabr 2026
593
15:13 / 11 Noyabr 2026
109
15:07 / 11 Noyabr 2026
161
14:51 / 11 Noyabr 2026
118
14:43 / 11 Noyabr 2026
184
14:39 / 11 Noyabr 2026
238
14:36 / 11 Noyabr 2026
115
14:26 / 11 Noyabr 2026
1125
14:13 / 11 Noyabr 2026
875
13:58 / 11 Noyabr 2026
316
13:54 / 11 Noyabr 2026
611
13:48 / 11 Noyabr 2026
180
13:44 / 11 Noyabr 2026
268
13:41 / 11 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.