Bal niyə illərlə xarab olmur? - SİRR AÇILDI
11 Noyabr 2026, 13:41
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1024
19.05.2026, 16:39
Gündəlik hər birimiz telefondan istifadə edirik.Bəs,telefona baxmaq gözə zərərlidirmi?
Mövzu ilə bağlı Oxu24.com saytına açıqlama verən oftalmoloq Benjamin Kərimov bildirir ki, telefon ekranından yayılan işıq birbaşa gözə ciddi zərər verən şüa hesab olunmur. Onun sözlərinə görə, göz sağlamlığı üçün əsas risk telefonun özü deyil, uzun müddət fasiləsiz və yaxın məsafədən istifadəsidir.
Son dövrlərdə sosial şəbəkələrdə telefonun gözləri zəiflətdiyi və ciddi görmə problemlərinə səbəb olduğu barədə müxtəlif iddialar yayılır. Lakin mütəxəssisin fikrincə, bu məlumatların böyük hissəsi elmi cəhətdən tam təsdiqini tapmayıb.
Həkim qeyd edir ki, insan gözünə ən zərərli təsir günəşdən gələn ultrabənövşəyi (UV) şüalardır. Telefon ekranından yayılan “blue light” (mavi işıq) isə gündəlik istifadə səviyyəsində qalıcı və ciddi göz zədələnməsi yaratmır.
Benjamin Kərimov vurğulayır ki, telefon və kitabdan oxumaq arasında gözə zərər baxımından ciddi fərq yoxdur. Əsas problem uzun müddət fasiləsiz yaxın məsafəyə baxmaqdır ki, bu da göz yorğunluğu, quruluq və müvəqqəti görmə zəifliyinə səbəb ola bilər.
Mütəxəssislər bu kimi halların qarşısını almaq üçün “20-20-20” qaydasına əməl etməyi tövsiyə edirlər. Yəni hər 20 dəqiqədən bir 20 saniyə ərzində təxminən 6 metr uzağa baxmaq gözlərin dincəlməsinə kömək edir.
Nəticə olaraq, Benjamin Kərimov bildirir ki, telefon düzgün istifadə edildiyi halda göz üçün təhlükəli deyil, əsas risk istifadə vərdişlərinin səhv olmasıdır.
Nigar
16:35 / 11 Noyabr 2026
56
16:07 / 11 Noyabr 2026
87
16:04 / 11 Noyabr 2026
160
16:01 / 11 Noyabr 2026
87
16:00 / 11 Noyabr 2026
65
15:50 / 11 Noyabr 2026
76
15:50 / 11 Noyabr 2026
86
15:40 / 11 Noyabr 2026
75
15:31 / 11 Noyabr 2026
378
15:27 / 11 Noyabr 2026
593
15:13 / 11 Noyabr 2026
109
15:07 / 11 Noyabr 2026
161
14:51 / 11 Noyabr 2026
118
14:43 / 11 Noyabr 2026
184
14:39 / 11 Noyabr 2026
238
14:36 / 11 Noyabr 2026
115
14:26 / 11 Noyabr 2026
1125
14:13 / 11 Noyabr 2026
875
13:58 / 11 Noyabr 2026
316
13:54 / 11 Noyabr 2026
611
13:48 / 11 Noyabr 2026
180
13:44 / 11 Noyabr 2026
268
13:41 / 11 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.