Sabiq rəis xəstəxana direktoru təyin edildi
11 Noyabr 2026, 18:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
668
18.05.2026, 09:21
Mayın 15-də "Şəhid Analarına Dəstək" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı ildə elan etdiyi qrand müsabiqəsində qalib olduğu "Aprel şəhidlərinin ailə üzvləri ilə iş" adlı layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetində ilk tədbiri keçirilib. "Şəhid Analarına Dəstək" İB-nin təşkilatçılığı və Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən tədbirdə Aprel şəhidlərinin ailə üzləri ilə bərabər Azərbaycanın ərazi bütövlüyü uğrunda bütün dövrlərdə canlarından keçmiş şəhidlərin də ailə üzvləri iştirak edib. Tədbirdə Birliyin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova çıxış edərək dəyərli qonaqları salamlamış, layihənin əsas məqsədinin “Aprel şəhidləri”nin ailə üzvləri ilə görüşlər təşkil etmək, həm aprel döyüşlərinin 10 illiyi münasibətilə həmin şəhidlərimizin tanınmasına, xatırlanmasına, həm də şəhid ailə üzvlərinin daim diqqətdə saxlanılması və onlara qayğı göstərilməsinə töhfə vermək olduğunu vurğulayıb.
Ceyran xanım Dövlət strategiyasına uyğun olaraq şəhidlərimizin xatirəsinə diqqət göstərmək istiqamətində İB-n yardımçı olacağını,
cəmiyyətimizə Aprel şəhidlərimizin qəhrəmanlıq yolunun yeniyetmələrə örnək olacağını, ailələrinin , yaxınlarının cəmiyyətə inteqrasıyası üçün təsəlli, stimul olaccağını qeyd edib.
Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun anası Xuraman İmanova, Elşad Əliyevin anası Flora Əliyeva, Sərxan Əliyevin anası Esmira Əliyeva, Elnur Hacıyevin xanımı Elnarə Hacıyeva, Səbuhi Həsənquliyevin Anası Maisə Həsənquliyeva çıxış edərək belə tədbirlərin, xüsusən şəhid ailələrinin görüşlərinin keçirilməsinin onlar üçün nə qədər önəmli olduğunu, dövlət dəstəyinin hər zaman üzərlərində hiss etdiklərini qeyd edib və Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, "Şəhid Analarına Dəstək" İctimai Birliyinə, tədbirin keçirilməsi üçün gözəl şərait yaradan Azərbaycan Texniki Universitetinin rəhbərliyinə xüsusi təşəkkürlərini bildiriblər. Şəhid ailələrinin görüşü çay süfrəsində davam etdirilib, şəhid ailə üzvlərinə hədiyyələr təqdim edilib.
Sonda şəhid ailələri Texniki Universitetdə məzun şəhidlərin xatirəsinə yaradılmış muzeydə olublar. Universitetin məzun şəhidlərinin xatirəsini dərin ehtiramla anaraq ruhlarına dualar oxunub.
18:17 / 11 Noyabr 2026
14
18:13 / 11 Noyabr 2026
30
18:06 / 11 Noyabr 2026
235
18:01 / 11 Noyabr 2026
57
17:42 / 11 Noyabr 2026
160
17:40 / 11 Noyabr 2026
97
17:35 / 11 Noyabr 2026
174
17:16 / 11 Noyabr 2026
89
17:13 / 11 Noyabr 2026
158
17:12 / 11 Noyabr 2026
90
16:35 / 11 Noyabr 2026
107
16:07 / 11 Noyabr 2026
146
16:04 / 11 Noyabr 2026
304
16:01 / 11 Noyabr 2026
121
16:00 / 11 Noyabr 2026
103
15:50 / 11 Noyabr 2026
116
15:50 / 11 Noyabr 2026
126
15:40 / 11 Noyabr 2026
109
15:31 / 11 Noyabr 2026
1030
15:27 / 11 Noyabr 2026
897
15:13 / 11 Noyabr 2026
124
15:07 / 11 Noyabr 2026
216
14:51 / 11 Noyabr 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.