Qaynar xətt:

(+99450) 247 90 86

Anası o uşaqdan imtina etdi 

Anası o uşaqdan imtina etdi 

CƏMİYYƏT

155

05.05.2026, 23:12

Xəbər verdiyimiz kimi, Abşeronda - Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan 2 yaşlı uşağın valideynləri tapılıb.

Oxu24.com  xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, anası uşaqdan rəsmi qaydada imtina edib.

“Dünən qəbiristanlıq ərazisində tapılan körpənin “anacığı” tapılıb. Hal-hazırda barəsində cinayət işi açılıb. Uşaqdan rəsmi qaydada imtina etdi. Ruhu belə incimədən...

Sual verdim ki, “bəs düşünmədin ki, uşağa heyvanlar toxunar, xəsarət alar?” Çiyinlərini çəkdi...”, - deyə o əlavə edib.

Qeyd edək ki, ötən gün Kəmalə Ağazadə 2 yaşlı uşaq tapılması barədə məlumat yaymışdı.Qafqazinfo