"Zakirin essesi" filminin təqdimatı keçirilib
02 May 2026, 22:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
81
02.05.2026, 19:50
Sarımsaq sağlamlığa faydaları ilə tanınan ən məşhur təbii məhsullardan biridir.
Oxu24.com xəbər verir ki, bu məhsuldan maksimum fayda əldə etmək üçün onun gündəlik qəbul miqdarına riayət etmək vacibdir. Araşdırmalara görə, sarımsağın tərkibində olan Allisin maddəsi orqanizm üçün əsas faydalı komponent hesab olunur. Bu maddə qanda xolesterinin səviyyəsinin azalmasına, qan təzyiqinin tənzimlənməsinə və immun sisteminin güclənməsinə müsbət təsir göstərir.
Eyni zamanda, bəzi xəstəliklərin riskini azaltmağa kömək etdiyi qeyd edilir. Allisin yüksək temperaturda parçalandığı üçün sarımsağın çiy halda yeyilməsi və ya 60°C-dən aşağı temperaturda bişirilməsi daha məqsədəuyğundur. Gündəlik qəbul normasına gəldikdə isə, çiy sarımsaq üçün 1-2 diş, bişmiş sarımsaq üçün isə 2–- diş tövsiyə olunur. Bu miqdar həm təhlükəsiz sayılır, həm də faydalı təsirlərin əldə olunmasına imkan verir. Bununla yanaşı, sarımsağın normadan artıq istifadəsi bəzi hallarda ürək yanması, köp, mədə qıcıqlanması və ağız qoxusu kimi narahatlıqlara səbəb ola bilər. Mütəxəssislər xüsusilə Qastrit və digər mədə problemlərindən əziyyət çəkənlərin, eləcə də qaraciyər xəstəlikləri olan və qan durulaşdırıcı dərman qəbul edən şəxslərin sarımsaq istifadəsinə diqqətlə yanaşmasını və həkimlə məsləhətləşməsini tövsiyə edirlər.
Həmçinin oxuyun
Qeyd olunur ki, sarımsaq düzgün və ölçülü istifadə edildikdə sağlamlıq üçün faydalı olsa da, normanın aşılması əks təsirlərə səbəb ola bilər.Sfera.az
23:20 / 02 May 2026
1
22:58 / 02 May 2026
252
22:57 / 02 May 2026
32
22:53 / 02 May 2026
34
22:50 / 02 May 2026
33
22:47 / 02 May 2026
50
22:22 / 02 May 2026
46
22:19 / 02 May 2026
113
22:15 / 02 May 2026
44
22:08 / 02 May 2026
222
22:03 / 02 May 2026
59
21:58 / 02 May 2026
185
21:54 / 02 May 2026
67
21:43 / 02 May 2026
91
21:38 / 02 May 2026
1070
21:37 / 02 May 2026
50
21:35 / 02 May 2026
51
21:13 / 02 May 2026
253
21:05 / 02 May 2026
72
20:58 / 02 May 2026
213
20:31 / 02 May 2026
67
20:21 / 02 May 2026
69
20:00 / 02 May 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.