Bakıda 2 milyonluq xəstəxana tikiləcək
29 Aprel 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
100
29.04.2026, 20:10
WUF13 iştirakçıları üçün ictimai nəqliyyat haqqında məlumat yayılıb.
WUF13 Əməliyyat Şirkətindən Oxu24.com -a verilən məlumata görə, Bakı şəhərində hərəkət metro, avtobus, dəmir yolu, aeroport ekspress marşrutu, taksi xidmətləri və mikromobillik vasitələri ilə rahat şəkildə təşkil olunur.
Bildirilib ki, metro və avtobuslarda ödəniş üçün “BakıKart”, dəmir yolu səfərləri üçün isə “ADY kart” istifadə edilir. Ödənişlər həmçinin mobil tətbiqlər, QR bilet və NFC təmassız ödəniş vasitələri ilə də həyata keçirilə bilər:
"WUF13 məkanına ən yaxın metro stansiyası “Koroğlu”dur. Metro hər gün saat 06:00-dan 00:00-dək, Abşeron dairəvi dəmiryol xətti üzrə qatarlar isə 06:30-dan 23:00-dək fəaliyyət göstərir. H1 hava limanı ekspress marşrutu hava limanı ilə şəhər mərkəzi arasında 24 saat nəqliyyat əlaqəsi təmin edir və Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən keçir.
Həmçinin oxuyun
Şəhər üzrə səfərlərinizi daha rahat planlaşdırmaq üçün “BakıKart”, “ADY” və AYNA “MaaS” mobil tətbiqlərindən istifadə edə bilərsiniz. Tətbiqlər marşrut seçimləri, yaxın dayanacaqlar, real vaxt izləmə, balansın artırılması və ekoloji baxımdan daha uyğun səyahət imkanları barədə məlumat təqdim edir.
Əlilliyi olan şəxslər üçün “Əlçatan Metro” xidməti də mövcuddur. Bununla yanaşı, Bakı şəhərində taksi xidmətləri və təqribən 50 km uzunluğunda velosiped və skuter zolaqları iştirakçılar üçün əlavə hərəkət imkanları yaradır", - məlumatda qeyd olunub.
Qeyd edək ki, WUF13 — Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasıdır. BMT-nin Məskunlaşma Proqramı tərəfindən təşkil olunan forum 2026-cı il mayın 17-22-də Bakıda keçiriləcək və şəhərsalma, dayanıqlı inkişaf, mənzil təminatı və urbanizasiya məsələlərini əhatə edəcək.
23:32 / 29 Aprel 2026
6
23:19 / 29 Aprel 2026
26
23:12 / 29 Aprel 2026
657
23:10 / 29 Aprel 2026
26
23:09 / 29 Aprel 2026
24
23:00 / 29 Aprel 2026
315
22:52 / 29 Aprel 2026
63
22:14 / 29 Aprel 2026
52
21:41 / 29 Aprel 2026
154
21:21 / 29 Aprel 2026
73
21:12 / 29 Aprel 2026
641
20:56 / 29 Aprel 2026
87
20:50 / 29 Aprel 2026
63
20:39 / 29 Aprel 2026
108
19:56 / 29 Aprel 2026
79
19:43 / 29 Aprel 2026
83
19:28 / 29 Aprel 2026
172
19:16 / 29 Aprel 2026
217
19:02 / 29 Aprel 2026
135
18:50 / 29 Aprel 2026
206
18:36 / 29 Aprel 2026
99
18:26 / 29 Aprel 2026
241
18:13 / 29 Aprel 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.