Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO
20 Aprel 2026, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
108
20.04.2026, 22:02
Bu il qəbul imtahanlarının ikinci mərhələsinin 1-ci cəhdi üçün ixtisas qrupları üzrə statistikaya nəzər salanda görünür ki, 3-cü ixtisas qrupu üzrə iştirakçı sayı ötən ilə nisbətən xeyli azdır. Təhsil ictimaiyyəti isə bu ixtisas qrupunun getdikcə aktuallığını itirdiyi və plan yerlərinin boş qalacağını müzakirə edir.
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri Trend-ə açıqlamasında bildirib: Süni intellekt dövründə İT texnologiyalarının sürətlə inkişaf etdiyi bir mərhələdə bəzi ixtisasların mövcudluğunu qoruyub saxlaması üçün mütləq şəkildə transformasiya və ya reformasiya keçməsi zəruridir.
Onun sözlərinə görə, bir sıra ixtisaslar gələcəkdə ya aktuallığını zəiflədəcək, ya da tamamilə sıradan çıxacaq:
"Bəzi ixtisaslar isə hətta bu cür dəyişikliklər hesabına belə öz mövcudluğunu qorumaqda çətinlik çəkir. Üçüncü ixtisas qrupu bir neçə profilli istiqamətləri özündə birləşdirir. Kəmiyyət baxımından ən geniş yer tutan profil pedaqoji ixtisaslardır. Bu qrupa Azərbaycan dili və ədəbiyyatı, tarix, ingilis dili, ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil və digər ixtisaslar daxildir. Digər istiqamət elmi-humanitar profildir ki, buraya filologiya, pedaqogika və s. aiddir. Növbəti profil hüquqşünaslıq və dövlət idarəetməsi sahələrini əhatə edir. TC alt qrupunda regionşünaslıq praktikliyi ilə seçilir. Bundan əlavə, sosial iş və tərcümə sahələri də bu qrupa daxildir.
Zaman göstərir ki, bu ixtisasların bir çoxu, xüsusilə yaradıcı və kulturoloji istiqamətli profillər, getdikcə aktuallığını və faydalılığını itirir. Məsələn, mədəniyyətşünaslıq, kitabxanaçılıq, muzey işi, arxiv işi, teatrşünaslıq kimi ixtisaslar daha çox nəzəri və konseptual xarakter daşıdığından onların gələcəyi müəyyən mənada sual altındadır.
Bu ixtisaslar ya praktik yönümlülüyünü artırmalı, əmək bazarındakı tələbatı gücləndirməli, ya da mövcud vəziyyətlə üzləşməlidir. Məhz bu amillər nəzərə alınaraq üçüncü ixtisas qrupu üzrə plan yerlərinin tədricən azaldığı müşahidə olunur. Maraqlı məqam ondan ibarətdir ki, bu azalma daha çox pedaqoji profilli ixtisasları əhatə edir".
Həmçinin oxuyun
Ekspert məsələnin səbəblərinə də aydınlıq gətirib. O qeyd edib ki, bunun əsas səbəbi uzun illər ərzində universitetlərdə həddindən artıq pedaqoji kadr hazırlanması və nəticədə əmək bazarında balansın pozulmasıdır:
"Üstəlik, pedaqoji uyğunluq qaydalarına əsasən, pedaqoji ixtisas bitirməyən şəxslərin də müəllim kimi fəaliyyət göstərməsi mümkün olduğundan, bu sahədə əlavə qarışıqlıq yaranır. Məsələn, kimya ixtisasını bitirən şəxs də kimya müəllimi kimi işləyə bilir ki, bu da bazarda rəqabəti qeyri-taraz hala gətirir.
Ümumilikdə, ixtisas seçimi plan yerlərindən asılıdır, plan yerləri isə əmək bazarının real ehtiyaclarını əks etdirir. Bu baxımdan bəzi ixtisaslar üzrə plan yerlərinin azaldılması zəruri hesab olunur".
Elmin Nuri vurğulayıb ki, bütün bunlara baxmayaraq bu ixtisas qrupunun tamamilə sıradan çıxacağını gözləmək olmaz:
"Bununla belə, üçüncü ixtisas qrupunun tam olaraq aktuallığını itirəcəyini düşünmürəm. Xüsusilə qadın abituriyentlər arasında bu ixtisaslara marağın yüksək olması həmin qrupun hələ uzun müddət öz aktuallığını qoruyacağını deməyə əsas verir".
00:30 / 21 Aprel 2026
1
23:55 / 20 Aprel 2026
36
23:38 / 20 Aprel 2026
47
23:18 / 20 Aprel 2026
48
22:59 / 20 Aprel 2026
187
22:49 / 20 Aprel 2026
97
22:31 / 20 Aprel 2026
63
22:20 / 20 Aprel 2026
60
22:06 / 20 Aprel 2026
143
21:56 / 20 Aprel 2026
80
21:42 / 20 Aprel 2026
89
21:34 / 20 Aprel 2026
184
21:24 / 20 Aprel 2026
68
21:20 / 20 Aprel 2026
1124
21:19 / 20 Aprel 2026
218
21:17 / 20 Aprel 2026
56
21:09 / 20 Aprel 2026
444
21:05 / 20 Aprel 2026
213
21:04 / 20 Aprel 2026
70
20:59 / 20 Aprel 2026
76
20:53 / 20 Aprel 2026
1002
20:50 / 20 Aprel 2026
60
20:40 / 20 Aprel 2026
3428
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.