Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti - Açıqlandı
12 Noyabr 2026, 10:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
677
17.04.2026, 12:00
Azərbaycanda quru sərhədlərin uzun müddətdir bağlı qalması cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Xüsusilə, ikili vətəndaşlığı olan şəxslərin üzləşdiyi çətinliklər, onların sərbəst hərəkət imkanlarının məhdudlaşması və xaricdəki iş, ailə və sosial öhdəlikləri bu məsələni daha da aktuallaşdırır. Mövcud şəraitdə həm təhlükəsizlik, həm də insan amili arasında balansın necə qorunacağı əsas müzakirə mövzularından birinə çevrilib. Bəs hazırkı vəziyyətdə ikili vətəndaşlığı olan şəxslər üçün hər hansı güzəştlərin tətbiqi mümkündürmü?
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, bu məsələ kifayət qədər həssasdır və uzun müddətdir davam edən məhdudiyyətlər cəmiyyətdə fərqli yanaşmaların formalaşmasına səbəb olub.
Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Bu ölkələrə gedə biləcəyik… | KONKRET
“Quru sərhədlərin artıq 6 ilə yaxındır bağlı qalması fonunda “niyə açılmır?” sualı ətrafında müxtəlif fikirlər səsləndirilir. Xüsusilə, regionda baş verən hadisələr, o cümlədən ABŞ-İran münasibətlərindəki gərginlik fonunda sərhədlərin bağlı qalma müddətinin daha da uzanacağı real görünür”.
Ekspert qeyd edib ki, ikili vətəndaşlığı olan şəxslərlə bağlı müəyyən güzəştlərin tətbiqi məqsədəuyğun ola bilər:
“Ən azından həmin şəxslərin vətəndaşı olduqları ikinci ölkəyə gediş-gəlişləri müəyyən şərtlər daxilində təmin olunmalıdır. Müəyyən öhdəliklər əsasında həyata keçirilməsi mümkündür. Məsələn, onların yalnız bir istiqamətdə hərəkəti ilə bağlı qaydalar tətbiq oluna bilər.
İkili vətəndaşlığı olan şəxslərin əksəriyyəti digər ölkədə işləyir, ailə həyatı qurub və sosial bağlara malikdir. Bu amillər nəzərə alınmalıdır. Çünki bu məsələ yalnız fərdi deyil, eyni zamanda iqtisadi və sosial sahələrə də təsir göstərir”.
Siyasi şərhçi hesab edir ki, regionda gərginlik, xüsusilə İranla bağlı vəziyyət sabitləşdikdən sonra bu istiqamətdə müəyyən addımların atılması zərurəti yarana bilər:
“Ümumilikdə quru sərhədlərin açılması məsələsinə gəldikdə isə, bu proses birdəfəlik deyil, mərhələli şəkildə həyata keçirilməlidir. Dövlət bu istiqamətdə uyğun qərarlar qəbul edə bilər”.
10:39 / 12 Noyabr 2026
7
10:36 / 12 Noyabr 2026
17
10:27 / 12 Noyabr 2026
98
10:20 / 12 Noyabr 2026
51
10:18 / 12 Noyabr 2026
58
10:05 / 12 Noyabr 2026
144
09:51 / 12 Noyabr 2026
76
09:48 / 12 Noyabr 2026
78
09:42 / 12 Noyabr 2026
183
09:36 / 12 Noyabr 2026
87
09:22 / 12 Noyabr 2026
583
08:13 / 12 Noyabr 2026
201
08:05 / 12 Noyabr 2026
66
07:20 / 12 Noyabr 2026
131
03:10 / 12 Noyabr 2026
153
01:25 / 12 Noyabr 2026
273
00:55 / 12 Noyabr 2026
246
00:43 / 12 Noyabr 2026
154
00:35 / 12 Noyabr 2026
454
00:33 / 12 Noyabr 2026
142
00:27 / 12 Noyabr 2026
163
00:24 / 12 Noyabr 2026
193
00:19 / 12 Noyabr 2026
191
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.