Xərçəng riskini azaldan EFFEKTLİ ÜSUL
07 İyul 2026, 00:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
439
17.04.2026, 11:16
Ali Məhkəmə borcun təminatı məqsədilə alqı-satqı müqavilələrinin bağlanması zamanı yaranan hüquqi risklər barədə xəbərdarlıq edib.
Məhkəmədən Oxu24.com-a verilən məlumata görə, xəbərdarlıqda borcun təminatı üçün yanlış üsulların mübahisələrə səbəb olduğu bildirilib.
Ali Məhkəmə hesab edir ki, borcun təminatı üçün alqı-satqı müqaviləsindən istifadə etmək lazım deyil: "Praktikada tez-tez rast gəlinən hallardan biri borcun təmin edilməsi məqsədilə borcalana (və ya onun yaxınlarına) məxsus daşınmaz əşyanın (torpağın, evin və s.) alqı-satqı müqaviləsi ilə borcverənin (və ya onun göstərdiyi digər şəxsin) adına rəsmiləşdirilməsidir. Yəni tərəflər girov və ya ipoteka kimi qanunla nəzərdə tutulmuş mexanizmlərdən istifadə etmək əvəzinə, borcalan tərəf formal olaraq daşınmaz əmlakını borverənə satır, əslində isə məqsəd borca təminat vermək olur. İlk baxışdan bu üsul tərəflər üçün rahat görünsə də, sonradan ciddi hüquqi problemlərə səbəb ola bilər.
Əsas risk ondan ibarətdir ki, müqavilə formal olaraq alqı-satqı kimi bağlandığı üçün əşya hüquqi baxımdan artıq digər şəxsin mülkiyyətinə keçir. Mübahisə yarandıqda borclu tərəf adətən iddia edir ki, bu müqavilə əslində satış üçün deyil, borcun təminatı kimi bağlanıb, qarşı tərəf isə bunu inkar edir. Bu zaman sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı müqavilənin əslində alqı-satqı niyyəti ilə deyil, borcun təminatı kimi bağlandığına dair mötəbər sübutlar təqdim etməlidir. Bu isə əksər hallarda iddiaçı üçün kifayət qədər ağır sübutetmə yükü yaradır".
Bu cür risklərlə üzləşməmək üçün vətəndaşlara borcun təminatı üçün alqı-satqı müqaviləsindən istifadə etməmək, bunun əvəzinə qanunvericilikdə nəzərdə tutulmuş girov və ya ipoteka mexanizmlərinə üstünlük vermək, bütün şərtləri müqavilədə yazılı şəkildə və müfəssəl formada göstərmək, zərurət olduqda hüquqşünas məsləhəti almaq tövsiyə olunur.
"Borcun təminatı məqsədilə alqı-satqı müqaviləsinin bağlanması tərəflər üçün ciddi və bəzən geri dünüşü olmayan hüquqi nəticələr yarada bilər. Daha təhlükəsiz yol isə qanunda nəzərdə tutulmuş hüquqi mexanizmlərdən istifadə etməkdir. Bu yanaşma həm tərəflərin hüquqlarını qoruyur, həm də gələcək mübahisələrin qarşısını alır", məhkəmədən bildirilib.
00:44 / 07 İyul 2026
115
00:18 / 07 İyul 2026
485
00:16 / 07 İyul 2026
115
00:12 / 07 İyul 2026
114
00:10 / 07 İyul 2026
229
00:02 / 07 İyul 2026
109
23:56 / 06 İyul 2026
213
23:56 / 06 İyul 2026
112
23:46 / 06 İyul 2026
510
23:41 / 06 İyul 2026
208
23:32 / 06 İyul 2026
233
23:08 / 06 İyul 2026
985
23:02 / 06 İyul 2026
482
22:53 / 06 İyul 2026
108
22:41 / 06 İyul 2026
222
22:36 / 06 İyul 2026
529
22:32 / 06 İyul 2026
104
22:26 / 06 İyul 2026
95
22:15 / 06 İyul 2026
131
22:05 / 06 İyul 2026
89
22:05 / 06 İyul 2026
98
22:00 / 06 İyul 2026
103
21:53 / 06 İyul 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.