Baş direktor və generallar medallarla təltif edildi
07 İyul 2026, 13:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
698
16.04.2026, 22:59
Türkiyənin Sakarya vilayətinin Adapazarı rayonu qanlı silahlı insidentlə sarsılıb. Adapazarının Hızırtəpə məhəlləsində kimliyi hələlik məlum olmayan silahlı şəxs küçənin ortasında polis əməkdaşlarına atəş açaraq qanlı qarşıdurmanın fitilini alovlandırıb.
Oxu24.com xəbər verir ki, hadisə yerli sakinlərin gözü qarşısında, məktəbə yaxın ərazidə baş verib. Naməlum şəxs qəfildən asayiş keşikçilərinə atəş açdıqdan sonra ərazidən qaçmağa çalışıb. Polisin dərhal başlatdığı “isti təqib” əməliyyatı üç küçə boyunca davam edib. Şübhəli şəxslə polis arasında yaşanan amansız atışma binaların və nəqliyyat vasitələrinin güllələnməsi ilə nəticələnib.
Atışmanın ən dəhşətli anları isə məktəbin düz qarşısında yaşanıb. Şagirdlərin dərsdə olduğu və ya məktəb ətrafında hərəkət etdiyi vaxtda baş verən silahlı toqquşma nəticəsində hücumçu polislər tərəfindən vurularaq zərərsizləşdirilib. Ağır yaralanan şəxsə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra o, Sakarya Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb.
Hadisənin miqyası nəzərə alınaraq əraziyə dərhal Polis Xüsusi Təyinatlı Dəstələri (PÖH) cəlb olunub. Küçələr tamamilə nəzarətə götürülüb, giriş-çıxışlar qapadılıb. Atışma zamanı ətrafdakı evlərə və maşınlara çoxsaylı güllələr dəyib, ərazidə ciddi maddi ziyanın yarandığı bildirilir. Sakarya sakinləri və valideynlər məktəb qarşısındakı bu mənzərəni böyük qorxu ilə izləyiblər.
Mobil telefon kameraları tərəfindən saniyə-saniyə lentə alınan görüntülərdə polislərin canı bahasına hücumçunu zərərsizləşdirməsi və insanların panika içində qaçışdığı anlar əks olunub. Hazırda hücumun motivləri və şəxsin hər hansı bir terror qruplaşması ilə əlaqəli olub-olmaması araşdırılır.\\nocomment.az
13:40 / 07 İyul 2026
1
13:36 / 07 İyul 2026
14
13:29 / 07 İyul 2026
27
13:23 / 07 İyul 2026
39
13:15 / 07 İyul 2026
51
13:10 / 07 İyul 2026
380
12:54 / 07 İyul 2026
165
12:53 / 07 İyul 2026
61
12:42 / 07 İyul 2026
65
12:31 / 07 İyul 2026
296
12:25 / 07 İyul 2026
69
12:18 / 07 İyul 2026
130
12:00 / 07 İyul 2026
921
11:58 / 07 İyul 2026
81
11:52 / 07 İyul 2026
204
11:51 / 07 İyul 2026
64
11:33 / 07 İyul 2026
81
11:22 / 07 İyul 2026
114
11:10 / 07 İyul 2026
86
11:09 / 07 İyul 2026
93
11:05 / 07 İyul 2026
84
11:01 / 07 İyul 2026
251
10:53 / 07 İyul 2026
476
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.