Qaynar xətt:

(+99450) 247 90 86

Keşlədəki həmin ev tamamilə söküldü - Fotolar 

Keşlədəki həmin ev tamamilə söküldü - Fotolar 

CƏMİYYƏT

106

06.04.2026, 16:07

Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında (Keşlə qəsəbəsi) kollektor üzərində tikilmiş ikimərtəbəli ev artıq tamamilə sökülüb.

Oxu24.com  Trend-ə istinadən xəbər verir ki, görülən işlər çərçivəsində ətraf evlərə ziyan dəyməməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Qeyd olunur ki, yaxın zamanda ərazidən keçən kollektorun bərpasına başlanılacaq.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayilov və aparat rəhbəri Fuad Quliyev hadisə yerinə baxış keçiririblər. Onlar müvafiq tapşırıqlar veriblər.