Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda yağıntının miqdarı aylıq normanın 564%-ni təşkil edir  

Bakıda yağıntının miqdarı aylıq normanın 564%-ni təşkil edir  

CƏMİYYƏT

66

28.03.2026, 20:25

Martın 28-i saat 17:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com -a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında yağan yağıntının miqdarı 133 mm-ə çatıb. Bu da aylıq normanın 564 %-ni təşkil edir.