Heyvanlardan keçən xəstəliklər. Pişik cırmaqlaması da təhlükəlidir!
28 Mart 2026, 21:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
110
28.03.2026, 18:51
Regionda müşahidə olunan intensiv və fasiləsiz yağıntılar artıq bir sıra ərazilərdə ciddi fəsadlara səbəb olub.
Oxu24.com xəbər verir ki, son 2 gündə yağan güclü yağışlar təkcə Azərbaycanda deyil, bütövlükdə regionda daşqın və sel hadisələrini kəskinləşdirib.
Bakı başda olmaqla ölkənin müxtəlif ərazilərində küçələr və yollar su altında qalıb, nəqliyyatın hərəkəti çətinləşib. Oxşar vəziyyət qonşu bölgələrdə də müşahidə olunur. Tiflis şəhərində də güclü yağışlar nəticəsində sel təhlükəsi artıb.
Eyni zamanda azərbaycanlıların sıx yaşadığı Rusiyanın Mahaçqala şəhərində də sel fəlakətinin ağır nəticələri qeydə alınıb. Sosial şəbəkələrdə yayılan son görüntülər bu təbii hadisənin miqyasını və təhlükəsini açıq şəkildə ortaya qoyur.
Həmin kadrlarda biri gənc qız, digəri isə yaşlı qadın olmaqla iki nəfərin güclü sel suları tərəfindən küçə boyu sürükləndiyi əks olunub. Onların həyat uğrunda mübarizə apardığı anlar olduqca dramatikdir. Kadrlardan görünür ki, hər iki qadın son anda çətinliklə də olsa xilas olmağa nail olur.
Həmçinin oxuyun
Baş verənlər regionun genişmiqyaslı təbii fəlakətlə üz-üzə qaldığını göstərir. Sinoptiklərin məlumatına görə, qeyri-sabit hava şəraiti və intensiv yağıntılar sabah da davam edəcək. Bu isə yeni daşqın və sel risklərinin qalmaqda olduğunu göstərir.
Hazırda aidiyyəti qurumlar və xilasedici xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərir, vətəndaşlara isə ehtiyatlı olmaq, zəruri olmadıqca açıq ərazilərə çıxmamaq tövsiyə olunur.Musavat.com
22:45 / 28 Mart 2026
1
22:37 / 28 Mart 2026
116
22:33 / 28 Mart 2026
117
22:31 / 28 Mart 2026
26
22:03 / 28 Mart 2026
114
21:59 / 28 Mart 2026
40
21:58 / 28 Mart 2026
38
21:49 / 28 Mart 2026
89
21:49 / 28 Mart 2026
135
21:40 / 28 Mart 2026
97
21:36 / 28 Mart 2026
188
21:19 / 28 Mart 2026
65
21:08 / 28 Mart 2026
419
21:05 / 28 Mart 2026
235
21:03 / 28 Mart 2026
51
20:50 / 28 Mart 2026
645
20:34 / 28 Mart 2026
942
20:30 / 28 Mart 2026
77
20:29 / 28 Mart 2026
60
20:25 / 28 Mart 2026
150
20:25 / 28 Mart 2026
61
20:09 / 28 Mart 2026
62
19:59 / 28 Mart 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.