Qaynar xətt:

(+99450) 247 90 86

Lənkəranda maşınlar toqquşdu - Yaralılar var 

Lənkəranda maşınlar toqquşdu - Yaralılar var 

CƏMİYYƏT

74

28.03.2026, 18:21

Lənkəran-Lerik magistralının Lənkəranın Şağlaküçə kəndi ərazisindən keçən hissəsində avtomobillər toqquşub.

Oxu24.com  Report-a istinadən xəbər verir ki, "Toyota Prius" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər Lənkəran sakini xəsarət alıb.

Belə ki, hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Xarxatan kənd sakinləri 1997-ci il təvəllüdlü Mirşamil Namiq oğlu Hüseynzadə, 1997-ci il təvəllüdlü Mirabidin Asəf oğlu Məmmədzadə, Şovu kənd sakinləri 2005-ci il təvəllüdlü Aydan Eldar qızı Alxaslı, 2004-cü il təvəllüdlü Elgin Cavad oğlu Məmmədli və Rvo kənd sakini 2005-ci il təvəllüdlü Fərid Mübariz oğlu Ələsgərli Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.