Tramp: Biz İranı bir saat ərzində məhv edə bilərdik
11 Mart 2026, 23:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
90
11.03.2026, 20:15
Paytaxtda ilk mərhələdə təxminən 200-ə yaxın qəzalı binanın sökülməsi nəzərdə tutulur və hazırda həmin binaların bir hissəsində artıq söküntü işləri aparılır".
Oxu24.com bildirir ki, bunu baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, son dövrlərdə söküntü prosesinin daha çox müzakirə olunduğu ərazilərdən biri Cəlil Məmmədquluzadə küçəsidir:
"Bu ərazidə aparılan işlər gələcəkdə planlaşdırılan tramvay xəttinin çəkilişi ilə əlaqələndirilir. Bundan başqa, 20 Yanvar dairəsi istiqamətində yeni yolların salınması və tunel xətlərinin yaradılması layihələri çərçivəsində də müəyyən söküntülər həyata keçirilir.
Həmçinin paytaxtın uzun illərdir yenidənqurma prosesinin getdiyi "Sovetski" adlanan ərazisinin qalan hissələrində də söküntü işlərinə start verilib. Bu proses xüsusilə Dağlıq küçəsi və Mərkəzi Univermaq ətrafındakı əraziləri əhatə edir.
Həmçinin oxuyun
Digər bir istiqamət isə Binəqədi rayonunda yerləşən İkinci Mədən küçəsidir. Burada da köhnə və istismar müddəti bitmiş bəzi yaşayış binalarının sökülməsinə başlanılıb".
Vüqar Oruc əlavə edib ki, söküntü zamanı sakinlərə verilən kompensasiyanın məbləği ərazidən asılı olaraq dəyişir:
"Paytaxtın mərkəzə yaxın ərazilərində bu məbləğ təxminən hər kvadratmetr üçün 2500-3000 manat arasında dəyişir. Bu proses əsasən Yasamal rayonu, Nərimanov rayonu, Xətai rayonu, Nəsimi rayonu, Sabunçu rayonu və Suraxanı rayonu kimi ərazilərdə qəzalı binalarda yaşayan sakinləri əhatə edir. Daha ucqar ərazilərdə isə kompensasiyanın məbləği 1300-1500 manat civarında ola bilər.
Kompensasiya məbləği inzibati qurumlar tərəfindən birbaşa müəyyən edilmir. Qiymətləndirmə prosesi "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq müstəqil qiymətləndirici şirkətlər tərəfindən aparılmalıdır. Bu isə vətəndaşların hüquqlarının qorunması baxımından vacib şərt hesab olunur".
23:49 / 11 Mart 2026
1
23:41 / 11 Mart 2026
20
23:40 / 11 Mart 2026
17
23:34 / 11 Mart 2026
23
23:32 / 11 Mart 2026
25
23:30 / 11 Mart 2026
38
23:20 / 11 Mart 2026
29
23:15 / 11 Mart 2026
1233
23:11 / 11 Mart 2026
71
23:05 / 11 Mart 2026
178
22:55 / 11 Mart 2026
38
22:53 / 11 Mart 2026
59
22:53 / 11 Mart 2026
136
22:42 / 11 Mart 2026
41
22:40 / 11 Mart 2026
44
22:35 / 11 Mart 2026
659
22:34 / 11 Mart 2026
136
22:32 / 11 Mart 2026
120
22:30 / 11 Mart 2026
59
22:25 / 11 Mart 2026
44
22:22 / 11 Mart 2026
49
22:14 / 11 Mart 2026
105
22:07 / 11 Mart 2026
48
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.