Şəhidin atası və anası qəzaya düşüb - FOTO
13 Noyabr 2026, 12:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
788
11.03.2026, 21:33
Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə Martın 3-də Bakı Ali Neft Məktəbində ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşü zamanı psixologiya ixtisasının ali məktəblərdə daha geniş şəkildə tədris olunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu ixtisasın bütün özəl ali təhsil müəssisələrində və bəzi dövlət universitetlərində qəbul planına daxil edilməsi həm abituriyentlərin seçim imkanlarını artırar, həm də ölkədə psixoloji xidmətlərin inkişafına müsbət təsir göstərə bilər.
Məleykə Abbaszadə bildirib ki, son illər psixologiya sahəsinə maraq xeyli artıb. Müasir dövrdə psixoloji xidmətlərə ehtiyacın çoxalması bu sahədə peşəkar mütəxəssislərin hazırlanmasını daha da aktuallaşdırır. Buna görə də ali təhsil müəssisələrində psixologiya ixtisasının genişləndirilməsi zəruri hesab olunur.
Oxu24.com xəbər verir ki,hazırda Azərbaycanda bir sıra universitetlərdə psixologiya ixtisası üzrə tədris aparılır. Bu ixtisas aşağıdakı ali təhsil müəssisələrində mövcuddur:
* Bakı Dövlət Universiteti (BDU)
* Bakı Slavyan Universiteti (BSU)
* Qarabağ Universiteti (QU)
* Sumqayıt Dövlət Universiteti (SDU)
* Naxçıvan Dövlət Universiteti (NDU)
* Gəncə Dövlət Universiteti (GDU)
* Qərbi Kaspi Universiteti (QKU)
* Odlar Yurdu Universiteti (OYU)
* Xəzər Universiteti (XU)
* Bakı Qızlar Universiteti (BQU)
Son illərdə psixologiya ixtisasına marağın yüksək olduğu müşahidə edilir. Bu səbəbdən universitetlərdə qəbul planlarının genişləndirilməsi məsələsi müzakirə olunan əsas mövzulardan biri kimi qiymətləndirilir.
Nərmin Balacayeva
12:32 / 13 Noyabr 2026
1
12:20 / 13 Noyabr 2026
37
12:17 / 13 Noyabr 2026
40
12:08 / 13 Noyabr 2026
196
11:55 / 13 Noyabr 2026
67
11:45 / 13 Noyabr 2026
121
11:40 / 13 Noyabr 2026
74
11:21 / 13 Noyabr 2026
229
11:15 / 13 Noyabr 2026
84
11:12 / 13 Noyabr 2026
137
11:00 / 13 Noyabr 2026
89
10:50 / 13 Noyabr 2026
85
10:45 / 13 Noyabr 2026
118
10:39 / 13 Noyabr 2026
99
10:25 / 13 Noyabr 2026
103
10:22 / 13 Noyabr 2026
178
10:20 / 13 Noyabr 2026
89
10:08 / 13 Noyabr 2026
397
10:02 / 13 Noyabr 2026
91
09:51 / 13 Noyabr 2026
180
09:46 / 13 Noyabr 2026
1234
09:44 / 13 Noyabr 2026
153
09:38 / 13 Noyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.