Hörmüzdə görün, nə var imiş — ƏHƏMİYYƏTİ AÇIQLANDI
28 Mart 2026, 22:33
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
639
11.03.2026, 21:04
Yaxın Şərqdə gərginlik davam edir. ABŞ ilə İran arasında hərbi və siyasi qarşıdurma ehtimalı regionu olduğu qədər qlobal gücləri də təsirləndirir. Bu prosesdə diqqət çəkən əsas suallardan biri isə belədir: ABŞ və İran arasında müharibə və ya uzunmüddətli gərginlikdən Rusiya nə qazanır?
Sualımızı cavablandıran politoloq Tofiq Abbasov Oxu24.com-a açıqlamasında bildirib ki, müharibələr hər zaman bəzi ölkələrə itkilər, bəzilərinə isə qazanclar gətirir. Bu, aksiomatik bir həqiqətdir.
Onun sözlərinə görə, Rusiya, İran və körfəz ölkələrinin hamısı enerji resursları ilə çox güclü şəkildə təmin olunub:
"Həmin ölkələr bazarlarda ciddi rəqabətdə özlərini sınayırlar. İndiki halda - Rusiyanın müharibə apardığı bir zamanda bütün təşəbbüs Rusiyanın əlinə keçir. Baxmayaraq ki, İranla Rusiya strateji məsələlərdə müttəfiqdirlər, onların Qərbə dair öz baxışları var, Çin və BRİKS-lə bərabər demək olar ki, Qlobal Şimala sinə gərməyə çalışırlar. Lakin indiki vəziyyətdə Rusiyanın bir neçə üstünlüyü əldə olunur. İlk növbədə İranın Amerikanı sıxışdırması. Aydın məsələdir ki, İranla ABŞ-ın müqayisəyə gəlməz dərəcədə fərqli geosiyasi, geoiqtisadi və hərbi potensialları var. Buna baxmayaraq, İran demək olar ki, çox səlis bir tərzdə Amerikaya təzyiqlər göstərdi və bunun xeyrini gördü. Amerika isə əksinə, gerilədi, çətin duruma düşdü və Tramp qələbəni qazandıqlarını deyir. Amma bu qələbənin nədən ibarət olduğunu açıqlama bilmir. İran ABŞ-ın indiki administrasiyası üçün soyuq duş effektini yaratdı. ABŞ-da benzinin qiymətlərinin qalxması çox həssas bir məqamdır. Demək olar ki, hətta Trampın bəzi tərəfdarları müharibəni başlatdığı üçün ona zidd gedirlər".
Politoloq qeyd edib ki, artıq neft bazarında üstünlüklər Rusiyadadır. Hətta Avropa Ukraynaya görə Rusiyaya qarşı sərt mövqedədir, indi isə Rusiya neft və qazı Avropaya verməməyi, bazarlardakı boşluqlardan istifadə etməyi düşünür:
Həmçinin oxuyun
"Təbii ki, Rusiyanın özünün müharibə ölkəsi olduğu bir məqamda belə üstünlüklər əldə etməsi ancaq onun xeyrinədir. Digər tərəfdən - mənəvi cəhətdən Amerikaya zərbə vurulduğu üçün Rusiya bir növ özünə bəraət qazandırır, tək olmadığını düşünür. Yəni Rusiya Ukraynın öhdəsində gələ bilmir, ABŞ da İranın... İran həm maddi baxımdan Amerikaya zərbələr vurur, həm də özünü savaşda göstərir, dronlar, ballistik raketlər həm İsraili, həm də Amerikanı çətin duruma salıb.
Rusiya ilə İran arasında əlaqələr isə genişlənir, artıq İran Rusiyada Çin tankerlərin də icazə verir ki, onlar maneəsiz Fars körfəzinə çıxsınlar. Bütün bunlar müharibə şəraitində olan Rusiyanın xeyrinədir. İstənilən oyunçu çalışır ki, başqa ölkələrin savaşından nəsə qazanc əldə etsin".
Yeganə
00:42 / 01 Aprel 2026
10
23:59 / 31 Mart 2026
28
23:49 / 31 Mart 2026
34
23:39 / 31 Mart 2026
37
23:19 / 31 Mart 2026
135
23:04 / 31 Mart 2026
44
23:02 / 31 Mart 2026
45
23:00 / 31 Mart 2026
42
22:54 / 31 Mart 2026
53
22:40 / 31 Mart 2026
51
22:30 / 31 Mart 2026
78
22:25 / 31 Mart 2026
63
22:20 / 31 Mart 2026
125
22:11 / 31 Mart 2026
432
22:10 / 31 Mart 2026
158
22:08 / 31 Mart 2026
48
22:04 / 31 Mart 2026
47
21:59 / 31 Mart 2026
45
21:59 / 31 Mart 2026
171
21:58 / 31 Mart 2026
44
21:50 / 31 Mart 2026
136
21:40 / 31 Mart 2026
137
21:30 / 31 Mart 2026
179
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.