Ramazanın 22-ci günü: dua, imsak və iftar vaxtı...
11 Mart 2026, 19:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
177
11.03.2026, 16:20
Son dövrlərdə Hörmüz boğazı ətrafında mümkün gərginlik və İran-ABŞ münasibətlərindəki qarşıdurma dünya enerji bazarlarının diqqət mərkəzindədir. Bu bölgə qlobal neft və yanacaq daşımalarının ən strateji marşrutlarından biri hesab olunur. Buna görə də burada baş verən hər hansı siyasi və ya hərbi gərginlik beynəlxalq bazarlarda neft və yanacaq qiymətlərinə təsir göstərə bilər. Belə bir şəraitdə isə sual yaranır: bu proseslər Azərbaycanda benzin qiymətlərinə necə təsir edə bilər?
Xüsusilə də Aİ-95 benzini ölkədə nə dərəcədə yerli istehsal olunur və ya biz bu yanacaq növündə idxaldan asılıyıq?
Oxu24.com bu barədə iqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlama verib və bildirib ki, Aİ-95 benzininin böyük hissəsi ölkəmizə idxal edilir:
“Əsasən Rumıniya, Qazaxıstan, Türkmənistan və Rusiyadan alınır. Qiymətlərin artacağını isə çox düşünmürəm. Çünki hazırda da bizdə kifayət qədər baha satılır. 1 manat 60 qəpik elə də ucuz qiymət deyil. Ən azından qonşu ölkələrlə müqayisədə (Türkmənistan, Qazaxıstan və Rusiya) ucuz sayılmır. Buna görə də qiymətin artacağını gözləmirəm. Təbii ki, bu, həm də münaqişənin nə qədər davam etməsindən asılıdır. Əgər yaxın vaxtda yekunlaşsa, təsiri də çox böyük olmayacaq”.
Həmçinin oxuyun
Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.
Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.
Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.
20:07 / 11 Mart 2026
1
19:57 / 11 Mart 2026
20
19:43 / 11 Mart 2026
41
19:15 / 11 Mart 2026
582
19:12 / 11 Mart 2026
53
19:12 / 11 Mart 2026
52
19:03 / 11 Mart 2026
769
18:59 / 11 Mart 2026
57
18:52 / 11 Mart 2026
230
18:45 / 11 Mart 2026
187
18:29 / 11 Mart 2026
208
18:13 / 11 Mart 2026
159
18:04 / 11 Mart 2026
140
17:50 / 11 Mart 2026
69
17:49 / 11 Mart 2026
70
17:40 / 11 Mart 2026
211
17:38 / 11 Mart 2026
71
17:34 / 11 Mart 2026
1412
17:28 / 11 Mart 2026
182
17:15 / 11 Mart 2026
181
16:55 / 11 Mart 2026
93
16:45 / 11 Mart 2026
79
16:33 / 11 Mart 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.