Prezident İlham Əliyevin sosial media hesablarında Zəngilan səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
10 May 2026, 21:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1011
10.03.2026, 20:29
Bu gün ikinci Qədr Gecəsidir.
Rəvayətlərdə nəql olunur ki, hər kim Qədr gecələrini əhya saxlasa(oyaq qalıb ibadətlə keçirsə) günahları göydəlki ulduzların sayı , dağların ağırlığı və dinizlərin tutumu qədər olsa belə bağışlanar.
Bu gecələrdə oxunması tövsiyyə olunan duaların bəzilərini qeyd edirik.
Kəfəmi İmam Səccad(ə)dan nəql etmişdir:
اللَّهُمَّ إِنِّي أَمْسَيْتُ لَكَ عَبْدا دَاخِرا لا أَمْلِكُ لِنَفْسِي نَفْعا وَ لا ضَرّا وَ لا أَصْرِفُ عَنْهَا سُوءا أَشْهَدُ بِذَلِكَ عَلَى نَفْسِي وَ أَعْتَرِفُ لَكَ بِضَعْفِ قُوَّتِي وَ قِلَّةِ حِيلَتِي فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْجِزْ لِي مَا وَعَدْتَنِي وَ جَمِيعَ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ مِنَ الْمَغْفِرَةِ فِي هَذِهِ اللَّيْلَةِ وَ أَتْمِمْ عَلَيَّ مَا آتَيْتَنِي فَإِنِّي عَبْدُكَ الْمِسْكِينُ الْمُسْتَكِينُ الضَّعِيفُ الْفَقِيرُ الْمَهِينُ اللَّهُمَّ لا تَجْعَلْنِي نَاسِيا لِذِكْرِكَ فِيمَا أَوْلَيْتَنِي وَ لا [غَافِلا] لِإِحْسَانِكَ فِيمَا أَعْطَيْتَنِي وَ لا آيِسا مِنْ إِجَابَتِكَ وَ إِنْ أَبْطَأَتْ عَنِّي فِي سَرَّاءَ [كُنْتُ] أَوْ ضَرَّاءَ أَوْ شِدَّةٍ أَوْ رَخَاءٍ أَوْ عَافِيَةٍ أَوْ بَلاءٍ أَوْ بُؤْسٍ أَوْ نَعْمَاءَ اِنَّكَ سَمِيعُ الدُّعَاءِ
Duanın oxunuşu: Əllahummə inni əmsəytu ləkə əbdən daxirən la əmliku linəfsi nəf`ən və la zərra, və la əsrifu ənha sua, əşhədu bizalikə əla nəfsi və ə`tərifu ləkə bizə`fi quvvəti və qilləti hiləti, fəsəlli əla Muhəmmədin və ali-Muhəmməd, və ənciz li ma vəədtəni, və cəmiəl mu`mininə vəl mu`minat, minəl məğfirəti fi hazihil-ləyləh, və ətmim ələyyə ma atəytəni, fəinni əbdukəl miskinul mustəkinuz-zəiful fəqirul məhin. Əllahummə la təc`əlni nasiyən lizikrikə fima əvləytəni, və la (ğafilən) liihsanikə fima ə`təytəni, və la ayisən min icabətik, və in əbtəət ənni fi sərraə (kuntu) əv zərraə əv şiddətin əv rəxa, əv afiyətin əv bəlain əv bu`sin əv nə`ma, innəkə səmiud-dua!
Duanın tərcüməsi: “İlahi, özünə heç bir xeyir və zərər verə bilməyən, özündən heç bir acı hadisəni uzaqlaşdıra bilməyən xar və zəlil bir bəndə olaraq bu gecəyə daxil oldum. Bunların özümə qarşı olduğuna şəhadət verirəm. Sənin dərgahında gücümün zəifliyi və çarəmin azlığını etiraf edirəm! İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir. Bu gecə mənə və bütün mömin kişi və qadınlara vəd etdiyin məğfirətə əməl et və mənə verdiklərini (nemətlərini) tamamla! Həqiqətən, mən Sənin miskin, əlacsız, zəif, yoxsul və xar bəndənəm. İlahi, məni Sənin mənə verdiyin nemətlər qarşısında zikrini və mənə əta etdiyin ehsanı unudanlardan, dərgahında qəbul etməyindən naümid olanlardan təyin etmə, istər uzun vaxt keçsin, istər xoş olum, istərsə də narahat, istər çətinlikdə olum, istərsə də asanlıqda, istər sağlamlıqda olum, istərsə də bəlada, istər möhtac olum, istərsə də nemət içində! Həqiqətən, Sən duaları eşidənsən!”
Aşağıdakı duanı oxuyaraq Allahdan ziyarət, uzun ömr və bol ruzi diləmək:
اللَّهُمَّ اجْعَلْ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ مِنَ الْأَمْرِ الْمَحْتُومِ وَ فِيمَا تَفْرُقُ مِنَ الْأَمْرِ الْحَكِيمِ فِي لَيْلَةِ الْقَدْرِ وَ فِي الْقَضَاءِ الَّذِي لا يُرَدُّ وَ لا يُبَدَّلُ أَنْ تَكْتُبَنِي مِنْ حُجَّاجِ بَيْتِكَ الْحَرَامِ الْمَبْرُورِ حَجُّهُمْ الْمَشْكُورِ سَعْيُهُمْ الْمَغْفُورِ ذُنُوبُهُمْ الْمُكَفَّرِ عَنْهُمْ سَيِّئَاتُهُمْ وَ اجْعَلْ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ أَنْ تُطِيلَ عُمْرِي وَ تُوَسِّعَ عَلَيَّ فِي رِزْقِي وَ تَفْعَلَ بِي كَذَا وَ كَذَا
Duanın oxunuşu: Əllahumməc`əl fima təqzi və tuqəddiru minəl əmril məhtum, və fima təfruqu minəl əmril həkim, fi ləylətil qədr, və fil qəzail-ləzi la yurəddu və la yubəddəl, ən təktubəni min huccaci bəytikəl həramil-məbrur, həccuhumul-məşkur sə`yuhumul-məğfur zunubuhumul-mukəffəri ənhum səyyiatuhum, vəc`əl fima təqzi və tuqəddiru ən tutilə umri, və tuvəssiə ələyyə fi rizqi, və təf`ələ bi kəza və kəza - “Kəza və kəza” sözlərinin yerinə öz hacətlərinizi istəyin
Duanın tərcüməsi:
İlahi! Qəti qərarınla, dəyişilməz təqdirinlə, hikmətli qismətinlə Qədr gecəsində mənim taleyimə pozulmayan və dəyişilməyən yazı ilə yaz ki, bu il Sənin müqəddəs evini ziyarət edim və həcci qəbul, səyi dəyərləndirilmiş, günahları bağışlanmış və pislikləri təmizlənmiş hacılardan olum. Qəti qərarınla və dəyişilməz təqdirinlə ömrümü uzun, ruzimi isə bol et] və mənim üçün bu hacətlərimi (duanın sonunda sadalanan) qəbul et...
Mənbə: Şeyx Abbas Qummi -Məfatuhul-Cinan,Ramazan ayı bölməsi
22:48 / 10 May 2026
39
22:27 / 10 May 2026
40
22:27 / 10 May 2026
43
22:12 / 10 May 2026
51
21:24 / 10 May 2026
232
21:21 / 10 May 2026
56
21:17 / 10 May 2026
59
21:09 / 10 May 2026
57
21:01 / 10 May 2026
67
20:36 / 10 May 2026
60
20:00 / 10 May 2026
70
19:36 / 10 May 2026
71
18:54 / 10 May 2026
311
18:31 / 10 May 2026
81
17:59 / 10 May 2026
168
17:51 / 10 May 2026
85
17:49 / 10 May 2026
168
17:37 / 10 May 2026
95
17:29 / 10 May 2026
431
17:19 / 10 May 2026
230
14:29 / 10 May 2026
110
14:25 / 10 May 2026
109
12:25 / 10 May 2026
945
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.