Qaynar xətt:

(+99450) 247 90 86

Eyni amalın iki müəllifi: Heydər Əliyev və İlham Əliyevin dövlətçilik fəlsəfəsində paralellər    

Eyni amalın iki müəllifi: Heydər Əliyev və İlham Əliyevin dövlətçilik fəlsəfəsində paralellər    

SİYASƏT

70

11.03.2026, 17:50

Azərbaycanın müasir dövlətçilik tarixi bir-birini tamamlayan iki böyük epoxadan ibarətdir. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu strateji kurs bu gün Prezident İlham Əliyev tərəfindən yeni zirvələrə daşınır.

Bu iki liderin çıxışlarını, bəyanatlarını və siyasi qərarlarını təhlil etdikdə bir həqiqət ortalığa çıxır: Sözlər fərqli zamanlarda deyilsə də, qaynaq və hədəf eynidir.

Oxu24.com  hər iki liderin dövlətçilik irsindəki sarsılmaz oxşarlıqlar və tarixi sitatları təqdim edir:

Milli Qürur və Azərbaycançılıq İdeologiyası

Ulu öndər daim azərbaycançılığı bir məfkurə kimi formalaşdırdı, Ali Baş Komandan İlham Əliyev isə bu məfkurəni qalib xalqın ruhu ilə zənginləşdirdi. Bununla da Qarabağ zəfəri tarixə qızıl hərflərllə həkk olundu.

Heydər Əliyev: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!"

İlham Əliyev: "Bizim milli mənsubiyyətimiz bizim qürur mənbəyimizdir. Mən fəxr edirəm ki, azərbaycanlıyam!"

Müstəqilliyin "Əbədi" Düsturu

Hər iki lider müstəqilliyi xalqın ən böyük sərvəti hesab edərək onun geri dönməzliyini vurğulayıblar. Bunu onların daim çıxışlarında duymuşuq və fəxr etmişik. 

Heydər Əliyev: "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır."

İlham Əliyev: "Azərbaycan heç vaxt indiki qədər müstəqil olmayıb. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir."

Ordu Quruculuğu: Güclü Ordu, Güclü Dövlət

Ulu Öndər hələ 90-cı illərdə ordunun vacibliyini qeyd edirdisə, Müzəffər Ali Baş Komandan həmin ordunu dünyanın ən müasir hərbi qüvvələrindən birinə çevirdi. Bu gün bu səbəbdən Azərbaycan ən güclü ölkələrdən biri kimi dünyada tanınır və sayılır.

Heydər Əliyev: "Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır."

İlham Əliyev: "Əgər ordun yoxdursa, müstəqilliyin də sual altındadır. Biz güclü ordu yaratmışıq ki, öz sözümüzü deyək."

 İqtisadi Müstəqillik və "Güclü Dövlət" Konsepsiyası

Hər iki lider iqtisadiyyatı siyasətin təməli hesab edib.

Heydər Əliyev: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir."

İlham Əliyev: "İqtisadi müstəqillik bizim siyasi müstəqilliyimizin təməlidir. İqtisadiyyat güclü olmasa, heç bir siyasi uğurdan söhbət gedə bilməz."

Gəncliyə İnam: Sabahın Sahibləri

Gənclər siyasəti hər iki rəhbərin fəaliyyətində xüsusi yer tutur. Onları daim ölkəninn gələcəyi kimi görüblər. 

Heydər Əliyev: "Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir."

İlham Əliyev: "Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar. Azərbaycanın gələcəyi onların əllərindədir."

Ana dilinə bağlılıq

Dilin qorunması hər iki lider üçün dövlət səviyyəsində bir namus məsələsi olub.

Heydər Əliyev: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir."

İlham Əliyev: "Ana dilimiz bizi bir xalq kimi qoruyub saxlayıb. Biz ana dilimizi göz bəbəyi kimi qorumalıyıq."

Şuşa və Qarabağ vəsiyyəti

Bu bəlkə də tarixin ən böyük mənəvi varislik nümunəsidir. Hər iki lider daim dövlətin, xalqın maraqlarını öndə tutub. Şuşanın, Qarabağ torpaqlarının gerçək sahiblərinə qaytarılmasının vacibliyini daim vurğulayıblar. 

Heydər Əliyev: "Şuşasız Azərbaycan, Laçınsız Azərbaycan yoxdur. Biz mütləq qayıdacağıq."

İlham Əliyev: "Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşa, sən azadsan! Biz qayıtmışıq!"

32gun.az olaraq qeyd edirik ki, bu paralellər göstərir ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sadəcə inkişaf etmir, həm də öz köklərinə, Heydər Əliyev ideologiyasına sadiq qalaraq tarixin ən qüdrətli dövrünü yaşayır. 30 il əvvəl deyilmiş "Biz qayıdacağıq" kəlamı, bu gün "Biz buradayıq və əbədi olacağıq" bəyanatı ilə tamamlanır.

Aygün İlqarqızı /  32gun.az-ın Baş Redaktoru