Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO
20 Aprel 2026, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
826
10.03.2026, 15:18
Ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. İmtahanda iştirak edən şagirdlər və onların valideynləri sualların çətin olması ilə bağlı narazılıqlarını ifadə ediblər.
Sosial şəbəkədə sualları paylaşan valideynlərdən biri bunu yazıb: “İmtahanda Azərbaycan dili qrammatikası blok səviyyəsində çıxıb, bu da bir daha göstərir, şagirdlərin universitet xəyalı repetitorsuz gerçəkləşməsi çətin olar”.
Valideynlərdən Təranə Vəliyeva isə bunları deyib: “Riyaziyyatdan açıq suallar çox çətin düşüb”. Digər bir valideyn isə əlavə edib: “Bizi dinləyən olsaydı, dərdimizi deyərdik. Təəssüf ki, uşaqlar çox stress keçiriblər, imtahan çətin olub”.
DİM-dən AÇIQLAMA
Dövlət İmtahan Mərkəzi (DİM) imtahan sualları ilə bağlı məlumat yayıb:
“Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır – bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış buraxılış imtahanı proqramlarıdır. İmtahanların məzmunu hazırlanarkən qeyd olunanlar nəzərə alınır”.
DİM-dən bildirilib ki, tapşırıqların mürəkkəblik dərəcəsinə gəldikdə isə ümumi qayda belədir ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik iştirakçıları bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir:
“Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyent deyil, yaxşı hazırlıqlı iştirakçıları da bir-birindən fərqləndirmək tələb olunur. Ümumiyyətlə imtahanın asan və ya çətin olması nisbi bir məsələdir. İmtahan iştirakçısının hazırlıq səviyyəsinə görə bu, əlbəttə, dəyişir. Hər hansı bir tapşırıq kimə görəsə çətin, kimə görəsə asan ola bilər. Ancaq ənənəvi təhlillər göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi iştirakçılar tərəfindən səsləndirilən mülahizələr həqiqətə uyğun olmur. İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir. Burada əsasən hər imtahandan sonra zəif hazırlıqlı iştirakçılar yazırlar. Bu hər il təkrarlanır.
Həmçinin oxuyun
Suallar bu il daha çətin olub…
“Elm” İctimai Birliyinin sədri, elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev Oxu24.com-a açıqlamasında sualların ötən illə müqayisədə çətin olduğunu təsdiqləyib:
“Ötən ilə nisbətən imtahanların bu il ümumi səviyyəsi çətin olub. Məlumdur ki, buraxılış imtahanı üç fənn – Riyaziyyat, Azərbaycan dili və xarici dil istiqamətində aparılır. Azərbaycan dilində oxuyub-anlama mətnləri kifayət qədər geniş və vaxt aparan olub. Ona görə də bu durum abituriyentlər üçün çətinlik yaradıb. Eyni zamanda qrammatik sualların daha çox 3-cü qrupa uyğun olduğunu bildirirlər. Suallara diqqət yetirəndə də bunu görmək olur.
İngilis dili ilə bağlı əsas problem isə “dinləmə” ilə bağlıdır bəzən şagirdlər dinləmənin sürətli olduğunu bildirirlər. Bəzən isə otaqda səs-küyün olması səbəbindən eşitməyin mümkün olmadığını qeyd edirlər. “Oxuma” bölməsində isə söz bazaları kifayət qədər çox tələb olunur ki, şagirdlər testləri yaza bilsinlər. Bu da müəyyən çətinliklər yaradıb.
Riyaziyyat fənni ötən illə müqayisədə demək olar ki, eyni səviyyədə olub, sadəcə 5-6 sual çətin və vaxt aparan idi. Ümumiyyətlə müqayisə etsək Azərbaycan dili çətinlik baxımından digər fənlərdən daha qəliz olub”.
Yeganə
00:30 / 21 Aprel 2026
1
23:55 / 20 Aprel 2026
36
23:38 / 20 Aprel 2026
47
23:18 / 20 Aprel 2026
48
22:59 / 20 Aprel 2026
187
22:49 / 20 Aprel 2026
97
22:31 / 20 Aprel 2026
63
22:20 / 20 Aprel 2026
60
22:06 / 20 Aprel 2026
143
22:02 / 20 Aprel 2026
96
21:56 / 20 Aprel 2026
80
21:42 / 20 Aprel 2026
89
21:34 / 20 Aprel 2026
184
21:24 / 20 Aprel 2026
68
21:20 / 20 Aprel 2026
1124
21:19 / 20 Aprel 2026
218
21:17 / 20 Aprel 2026
56
21:09 / 20 Aprel 2026
444
21:05 / 20 Aprel 2026
213
21:04 / 20 Aprel 2026
70
20:59 / 20 Aprel 2026
76
20:53 / 20 Aprel 2026
1002
20:50 / 20 Aprel 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.