23 yaşlı azərbaycanlı qadın əməliyyatdan sonra vəfat etdi
06 Mart 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
148
06.03.2026, 23:58
Martın 6-da Heydər Əliyev Fondunun dəstəyi ilə “Mənim oğlum qəhrəmandır!” layihəsi çərçivəsində müqəddəs Ramazan ayı və 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub.
Müqəddəs Ramazan ayına təsadüf edən tədbir çərçivəsində iftar süfrəsi açılıb.
Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən olan qəhrəman şəhidlərimizin anaları, ailə üzvləri iştirak ediblər.
Oxu24.com AZƏRTAC-a istinadən xəbər verir ki, Leyla Əliyeva da şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib, onlarla həmsöhbət olub.
Tədbir torpaqlarımızın bütövlüyü uğrunda döyüşmüş qəhrəman şəhidlərimizin xatirəsinə ehtiramın, onların ailələrinə dövlət və cəmiyyət qayğısının ifadəsi olaraq keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaətindən, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının qəhrəmanlığından danışılıb, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar oxunub, Uca Yaradandan dünyada sülhün, ölkəmizdə əmin-amanlığın bərqərar olması dilənib.
Həmçinin oxuyun
Şəhid ailələrinin adından çıxış edən Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova şəhid ailələrinin daim diqqət mərkəzində saxlanıldığını bildirib, qayğı və ehtirama görə minnətdarlığını ifadə edib.
Daha sonra Azərbaycanın tanınmış incəsənət xadimləri çıxış ediblər.
Qeyd edək ki, Vətən uğrunda şəhid olan qəhrəman oğullarımızın yad edildiyi, onların bizə əmanət qoyduqları ailələrin iştirak etdiyi “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələri çərçivəsində silsilə tədbirlər təşkil olunur. Bu cür tədbirlər şəhid ailələrini bir araya gətirərək dövlətin və Azərbaycan xalqının daima onların yanında olduğunu bir daha hiss etdirir. Bu tədbirlər şəhid ailələrinə diqqət və qayğının, onların qəhrəman övladlarının xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, bu istiqamətdə dövlət tərəfindən görülən işlərə dəstək məqsədi daşıyır.






00:59 / 07 Mart 2026
165
00:53 / 07 Mart 2026
192
00:40 / 07 Mart 2026
371
00:13 / 07 Mart 2026
123
23:46 / 06 Mart 2026
176
23:28 / 06 Mart 2026
1234
23:28 / 06 Mart 2026
232
23:22 / 06 Mart 2026
145
23:21 / 06 Mart 2026
2131
23:20 / 06 Mart 2026
141
22:57 / 06 Mart 2026
212
22:25 / 06 Mart 2026
220
21:57 / 06 Mart 2026
327
21:54 / 06 Mart 2026
99
21:49 / 06 Mart 2026
466
21:47 / 06 Mart 2026
135
21:44 / 06 Mart 2026
103
21:32 / 06 Mart 2026
1904
21:29 / 06 Mart 2026
411
21:26 / 06 Mart 2026
90
21:21 / 06 Mart 2026
333
21:14 / 06 Mart 2026
203
21:02 / 06 Mart 2026
3091
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.