Qaynar xətt:

(+99450) 247 90 86

Hava kəskin dəyişəcək 

Hava kəskin dəyişəcək 

CƏMİYYƏT

330

06.03.2026, 21:21

Hava kəskin dəyişəcək

yapikredi.com.az

GÜNDƏM 06 mart 2026, 20:54

Şimaldan soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti kəskin dəyişəcək.

Oxu24.com  xəbər verir ki, bu barədə "AzərTac"a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

"Martın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz saatlarında arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın maksimal temperaturunun 6-10 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə də martın 7-si qərb rayonlarından başlayaraq 9-u gündüzədək hava şəraiti qeyri-sabit keçəcək. Bəzi yerlərdə arabir yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, çaylarda sululuğun artacağı, Lənkəran-Astara zonasının bəzi çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək" deyə, G.Məmmədova qeyd edib