Prezidentin sosial media hesablarında Heydər Əliyevlə bağlı videoçarx paylaşılıb
10 May 2026, 00:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4792
04.03.2026, 15:23
Tələbələr üçün güzəşt!İctimai nəqliyyatda endirim ediləcək...
İctimai nəqliyyatda tələbələr üçün endirim tətbiq ediləcək. Belə ki, gələcəkdə TələbəPlus kartı vasitəsilə tələbələrə nəqliyyatda 10 faiz endirim olacaq. Bu barədə Elm və Təhsil nazirinin müavini Kənan Kərimzadə jurnalistlərə açıqlama verib.
K.Kərimzadə hazırda 160 minə yaxın tələbənin artıq bu kartdan faydalandığını və ictimaiyyətə yaxın zamanda ətraflı məlumat veriləcəyini vurğulayıb. Beləliklə, tələbələrin nəqliyyat xərclərini azaltmağa yönələn bu yenilik, gənclərin gündəlik həyatını daha da asanlaşdıracaq.
Güzəştlər yalnız ictimai nəqliyyata aid deyil...
Tələbələrə edilən güzəştlər barədə Oxu24.com-a açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, bu kartlarda nəzərdə tutulan müvafiq güzəştlər təkcə ictimai nəqliyyatda deyil, iaşə obyektləri, əyləncə, qida və digər istiqamətləri də əhatə edir:
Həmçinin oxuyun
“Hazırda ictimai nəqliyyatda 10 faiz endirimin tətbiq olunması olduqca əhəmiyyətli addımdır. Məlumdur ki, tələbələr daha çox ictimai nəqliyyatdan istifadə edirlər. Bu baxımdan, onların istər yerüstü, istərsə də yeraltı ictimai nəqliyyata daha çox vəsait xərcləmələrinin qarşısını almaq təqdirəlayiqdir.
Eyni zamanda, yaxşı olar ki, tələbələrin ehtiyacı olan kitabları əldə etmələri üçün güzəştlər tətbiq olunsun. Məsələn, Təhsilin İnkişafı Fondu kitab mağazaları ilə müəyyən saziş bağlaya bilər. Həmin sazişə əsasən, TələbəPlus kartlarının endirimləri ilə kitab alışında da endirim qazana bilərlər”.
Dünya təcrübəsi nə deyir?
Eksert sözügedən məsələ ilə bağlı dünya təcrübəsini də diqqətə çatdırıb:
“Xarici təcrübədə tələbələrə müvafiq kartlar verilir, həmin kartlarda nəqliyyatdan istifadə zamanı 1 ay ərzində 30 gediş təqdim olunub və bu gedişlər pulsuzdur. 30-dan artıq gediş olduqda isə tələbələr ödəniş etməlidirlər. Düşünürəm ki, eyni prinsipi bizdə də tətbiq etmək olar. Yəni, ay ərzində ictimai nəqliyyatdan istifadə etmək üçün tələbə hər həftə 5 gün dərsə gedirsə, təxminən 20 gediş və qayıdışı nəzərə alsaq, 40 gedişi pulsuz təmin etmək olar. Yaxud da kitab mağazalarında hər aldıqları 3 kitabdan sonra növbəti kitab pulsuz əldə edilə bilər. Bu təcrübə Avropa ölkələrində də var. Fikrimcə, ölkəmizə həmin təcrübələrdən istifadə təhsil alanların sosial rifahının yaxşılaşdırılması baxımından mühüm addım ola bilər”.
Yeganə
00:41 / 10 May 2026
134
00:37 / 10 May 2026
237
00:33 / 10 May 2026
27
00:20 / 10 May 2026
129
00:18 / 10 May 2026
30
00:15 / 10 May 2026
33
00:05 / 10 May 2026
134
23:58 / 09 May 2026
330
23:55 / 09 May 2026
41
23:54 / 09 May 2026
119
23:52 / 09 May 2026
33
23:46 / 09 May 2026
191
23:44 / 09 May 2026
44
23:27 / 09 May 2026
202
23:04 / 09 May 2026
159
22:56 / 09 May 2026
55
22:42 / 09 May 2026
190
22:10 / 09 May 2026
218
21:38 / 09 May 2026
194
21:22 / 09 May 2026
186
21:02 / 09 May 2026
212
20:41 / 09 May 2026
72
20:21 / 09 May 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.