Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
13 Noyabr 2026, 16:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
920
04.03.2026, 13:06
Kənd Təsərrüfatı Nazirliyinə məxsus Aqrar Tədarük və Təchizat" ASC qarşıdan gələn Novruz bayramı münasibətilə ilk dəfə Cəbrayıl və Zəngilanda "Kənddən Şəhərə" yarmarkaları təşkil edəcək.
Oxu24.com bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, yarmarkalar ölkə üzrə 12 məntəqədə təşkil olunacaq. 11 gün fasiləsiz davam edəcək yarmarkaların əsas məqsədi bayram günlərində yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını təmin etməkdir.
Yarmarkalarda 25 regiondan iştirak edəcək 147 fermer, 150 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkada hər gün Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.
Yarmarka gündəlik saat 9:00-dan 19:00-a qədər Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının yanı) ünvanı ilə yanaşı, 13-17 mart tarixlərində paytaxtın müxtəlif ərazilərində - "Əhmədli", "Neftçilər" "Nəriman Nərimanov", "Elmlər Akademiyası" və "Azadlıq" metro stansiyalarının yaxınlığında, həmçinin Abşeron rayonu Mehdiabad qəsəbəsi "Qarant" Yaşayış Kompleksində yarmarkalar təşkil olunacaq. Eyni zamanda Sumqayıt, Xankəndi və Ağdaş şəhərlərində (Ağdaş şəhərində yeni bazar ərazisində) Novruz yarmarkalarının təşkili nəzərdə tutulur. Bundan əlavə, 16 mart tarixində Cəbrayıl rayonunun Horovlu kəndində, 17 mart tarixində isə Zəngilan rayonunun Ağalı kəndində bir günlük səyyar yarmarkalar təşkil olunacaq.
"Kənddən Şəhərə" yarmarkalarında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.
16:37 / 13 Noyabr 2026
36
16:29 / 13 Noyabr 2026
38
16:08 / 13 Noyabr 2026
141
16:00 / 13 Noyabr 2026
63
15:42 / 13 Noyabr 2026
265
15:37 / 13 Noyabr 2026
81
15:30 / 13 Noyabr 2026
77
15:01 / 13 Noyabr 2026
92
14:59 / 13 Noyabr 2026
203
14:50 / 13 Noyabr 2026
103
14:46 / 13 Noyabr 2026
92
14:33 / 13 Noyabr 2026
100
14:24 / 13 Noyabr 2026
529
14:17 / 13 Noyabr 2026
439
14:12 / 13 Noyabr 2026
97
14:05 / 13 Noyabr 2026
184
14:00 / 13 Noyabr 2026
99
13:43 / 13 Noyabr 2026
215
13:41 / 13 Noyabr 2026
104
13:20 / 13 Noyabr 2026
103
13:05 / 13 Noyabr 2026
248
12:57 / 13 Noyabr 2026
169
12:45 / 13 Noyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.