Teymur Hacıyev işdən çıxarılıb
13 Noyabr 2026, 19:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2653
27.02.2026, 11:39
Minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq. Bu, fevralın 23-də prezidentin təsdiqlədiyi Əmək Məcəlləsində edilən dəyişiklikdə əks olunub.
Minimum əməkhaqqının məbləği müxtəlif illərdə, son illərdə hər il olmaqla prezidentin sərəncamı ilə müəyyən edilib.
Bəs bu dəyişiklik əməkhaqqının məbləği haqqında qərar verilməsində nəyi dəyişəcək? Özəl sektorda çalışanlar üçün hansı yeniliklər olacaq?
Oxu24.com xəbər verir ki,Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında deputat Vüqar Bayramov bildirib ki, bu dəyişiklik mütəmadiliyə xidmət edəcək:
"Əmək Məcəlləsinə edilən dəyişiklikdən sonra Azərbaycanda ildə ən azı bir dəfə minimum əməkhaqqı məbləğinə baxılması və dəyişdirilməsi nəzərdə tutulur. Bu, o deməkdir ki, minimum əməkhaqqının artırılmasında dövrilik, mütəmadilik təmin olunacaq. Minimum əməkhaqqının artırılması yalnız aşağı maaş alan vətəndaşların deyil, eyni zamanda, vahid tarif cədvəlinə uyğun olaraq dövlət idarələrində çalışan və dövlət qulluğuçusu olmayan vətəndaşlarımızın da əməkhaqlarında artımlara gətirib çıxaracaq".
Onun sözlərinə görə, ilkin gözlənti potensial minimum əməkhaqqı artımının 700 min vətəndaşımızın maaşlarına təsir edəcəyi ilə bağlıdır:
"Yenə də minimum əməkhaqqı ilə bağlı sərəncam prezident tərəfindən imzalanacaq. Bununla bağlı qanundakı dəyişikliklərə uyğun olaraq profil dövlət qurumu tərəfindən təkliflərin hazırlanması və təqdim olunması həyata keçiriləcək. Əvvəlki illərdə olduğu kimi, minimum əməkhaqqının artırılması ilə bağlı prezident tərəfindən sərəncam imzalandıqdan sonra Nazirlər Kabineti vahid tarif cədvəlinə uyğun əməkhaqqı alan vətəndaşlarımızın vəzifə maaşlarının uyğunlaşdırılmasını həyata keçirəcək. Bu da həmin dövlət qurumlarında çalışan və dövlət qulluğuçusu olmayan ətəndaşlarımızın əməkhaqqında artımla müşahidə olunacaq.
Bu zaman həm özəl, həm də dövlət sektoru üçün minimum əməkhaqqı məbləği keçərli olacaq.
Burada hansısa qurum tərəfindən minimum əməkhaqqı məbləğinin müəyyənləşdirilməsindən söhbət getmir. Prezident tərəfindən minimum əməkhaqqı məbləği təsdiq olunduqdan sonra həm dövlət, həm də özəl sektorda həmin əməkhaqqından aşağı maaşın verilməsi mümkün olmayacaq. Dövlət qurumları, özəl sektor da əməkhaqlarını həmin minimum maşa uyğunlaşdıracaq. O cümlədən, Nazirlər Kabineti vahid tarif cədvəlinə uyğun vəzifə maaşı alan vətəndaşlarımızın maaşlarının artımını həyata keçirəcək".
Qeyd edək ki, hazırda ölkədə minimum əməkhaqqı məbləği 400 manatdır.
19:23 / 13 Noyabr 2026
2
19:05 / 13 Noyabr 2026
30
18:59 / 13 Noyabr 2026
46
18:59 / 13 Noyabr 2026
64
18:50 / 13 Noyabr 2026
66
18:38 / 13 Noyabr 2026
84
18:31 / 13 Noyabr 2026
72
18:26 / 13 Noyabr 2026
76
18:15 / 13 Noyabr 2026
86
18:04 / 13 Noyabr 2026
286
17:59 / 13 Noyabr 2026
96
17:46 / 13 Noyabr 2026
106
17:30 / 13 Noyabr 2026
95
17:18 / 13 Noyabr 2026
91
17:13 / 13 Noyabr 2026
301
17:07 / 13 Noyabr 2026
100
16:59 / 13 Noyabr 2026
100
16:51 / 13 Noyabr 2026
113
16:37 / 13 Noyabr 2026
133
16:29 / 13 Noyabr 2026
109
16:08 / 13 Noyabr 2026
292
16:00 / 13 Noyabr 2026
120
15:42 / 13 Noyabr 2026
409
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.