Ramazan ayının Doqquzuncu gününün duası, imsak və iftar vaxtı
26 Fevral 2026, 21:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
88
26.02.2026, 18:28
“Mən Xocalı torpağına ayaq qoyanda keçirdiyim hissləri söyləmək mümkün deyil. Çünki bu torpaqda mənim qardaşım Natiq Qasımov döyüşüb. O, Rusiyada hərbi xidmətdə olanda erməni vəhşiləri burada azərbaycanlılara zülm edirdilər. O, əsgərlikdən gələndən sonra dayanmadı, gəldi Xocalıya. Onun qəhrəmanlığı haqqında heç nə danışmayacağam, hamı bilir”.
Oxu24.com xəbər verir ki, bunu Milli Qəhrəman Natiq Qasımovun bacısı Kəmalə Heydərova Prezident İlham Əliyevin Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.
“Mən Sizə çox təşəkkür edirəm, əziz Prezidentimiz, mənim qardaşıma çox dəyər verdiniz. Ən gözəl adı – “Milli Qəhrəman” adını verdiniz. Onda anam sağ idi. İnanın ki, biz heç bilmirdik, qonşu zəng elədi ki, Natiqə “Milli Qəhrəman” adı verilib. Onun əməyi itmədi. Biz sevinirik ki, belə qəhrəmanlarımızın sayı çoxdur, şükürlər olsun. Heç bir dövlətdə, ölkədə elə bir şey yoxdur ki, 44 günlük müharibədə qalib olsun. Bu, Sizin şücaətiniz sayəsində, şəhidlərimiz, qazilərimiz, veteranlarımız sayəsində oldu.
Həmçinin oxuyun
Bir də onu demək istəyirəm ki, hansı bir ölkədə elə bir şey varmı ki, müharibə olanda həmin ölkənin cavan oğlanları növbəyə dursun. Bax, Azərbaycan elə oldu. Bu, Sizin səmimi çıxışınız əsasında oldu. Mənim oğlumun hərbi xidmət üçün yaşı çox idi, düşmürdü, özü getdi, dedi ki, dayımın qisasını alacağam. Hazırda veterandır. Çox sağ olun, Sizə çox təşəkkür edirəm”, - deyə K.Heydərova əlavə edib.Qafqazinfo
21:45 / 26 Fevral 2026
53
21:39 / 26 Fevral 2026
25
21:38 / 26 Fevral 2026
21
21:34 / 26 Fevral 2026
27
21:29 / 26 Fevral 2026
32
21:26 / 26 Fevral 2026
50
21:21 / 26 Fevral 2026
47
21:18 / 26 Fevral 2026
42
21:10 / 26 Fevral 2026
43
21:09 / 26 Fevral 2026
53
21:02 / 26 Fevral 2026
37
20:56 / 26 Fevral 2026
51
20:55 / 26 Fevral 2026
426
20:49 / 26 Fevral 2026
36
20:44 / 26 Fevral 2026
92
20:44 / 26 Fevral 2026
46
20:35 / 26 Fevral 2026
69
20:34 / 26 Fevral 2026
46
20:24 / 26 Fevral 2026
71
20:23 / 26 Fevral 2026
356
20:19 / 26 Fevral 2026
59
20:05 / 26 Fevral 2026
62
19:57 / 26 Fevral 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.