Noyabrda sosial müavinət gözləyənlərə RƏSMİ XƏBƏR
13 Noyabr 2026, 19:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1141
26.02.2026, 14:35
Azərbaycanda idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı struktur islahatları hökumətdə bəzi qurumların – nazirliklərin, komitələrin, agentliklərin birləşdirilməsi və ya ləğvi ilə davam etdiriləcək.
Oxu24.com xəbər verir ki, bu barədə “AzPolitika”ya hökumətə yaxın mənbələrdən informasiya daxil olub.
Qeyd olunur ki, bir-birinin fəaliyyətini təkrar edən, yaxud oxşar olan qurumların, habelə idarəetmədə praktik fəaliyyəti zəif olan dövlət qurumlarının dairəsi müəyyənləşdirilib. Mənbə bildirib ki, onların saxlanılması dövlət büdcəsi üçün kifayət qədər maliyyə yükü yaradır.
Heç bir dəyər formalaşdıra bilməyən təsisatların yerləşdiyi binaların saxlanılması, cari fəaliyyətinin təmin edilməsi, çox sayda ştatların mövcudluğu məqsədəuyğun sayılmır. Hökumət bundan sonra dövlət təşkilatlarının və publik hüquqi şəxslərin (PHŞ) keyfiyyət əmsalına üstünlük verəcək.
Məlumatda o da bildirilir ki, bu sırada ötən 7-8 ildə yaradılan PHŞ-lərin sayının azı 2 dəfə azaldılması nəzərdə tutulur. Özünü maliyyələşdirmə imkanları olan, habelə fəaliyyət dairəsi zəruri olan təqribən 250-dək qurum saxlanılacaq, 300-ə qədər PHŞ isə ya ləğv ediləcək, yaxud birləşdiriləcək.
Bundan başqa, yerli icra hakimiyyətlərində ixtisarların daha geniş miqyasda davam etdirlməsi qərarlaşdırılıb. Bu barədə artıq yerli icra qurumlarına müvafiq təlimatlar göndərilib.
Xatırladaq ki, son günlərdə Ağsu İH-də 14, Tovuz İH-də 43, Cəlilabad İH-də isə 28 əməkdaş ixtisara düşüb, onların çalışdığı dövlət qulluğu vəzifələri də ləğv edilib.
Mənbə narahatedici fakta da diqqət çəkir. Bu da dövlət qurumları ilə yanaşı, özəl sektorda, böyük holdinq və şirkətlərdə də ixtisarların aparılması ilə bağlıdır. Qeyd olunur ki, ilin əvvəlindən işçilərin gəlir vergisinə cəlb olunması biznes və xidmət sektorunda xərcləri artırıb. Şirkət rəhbərləri artan xərclərini azaltmaq üçün ixtisara getməyi üstün tuturlar.
Mənbə vurğulayıb ki, hazırda struktur islahatları zamanı ixtisara düşən işçilərin məşğulluq problemlərinin həlli ilə bağlı məsələlərə baxılır. Onların bir hissəsi yeni qurumlarda işlə təmin olunacaq, digərlərinin ixtisas və təcrübəsinə görə ehtiyac olan başqa təşəkilatlarda işlə təmin olunması nəzərdə tutulur.
Hesablamalara görə, ixtisara düşənlərin azı üçdə biri əmək bazarında özünə yeni iş axtarmalı olacaq. Həm dövlət, həm də özəl sektorda kütləvi ixtisarlar cəmiyyətdə narahatlıq yarada bilər. Bu baxımdan, hökumətin məşğulluq məsələsini müzakirə etməsi başa düşüləndir. Real tədbirlər görülərsə, faydalı olar…
19:58 / 13 Noyabr 2026
27
19:53 / 13 Noyabr 2026
105
19:41 / 13 Noyabr 2026
61
19:38 / 13 Noyabr 2026
325
19:35 / 13 Noyabr 2026
58
19:30 / 13 Noyabr 2026
169
19:28 / 13 Noyabr 2026
52
19:23 / 13 Noyabr 2026
64
19:05 / 13 Noyabr 2026
68
18:59 / 13 Noyabr 2026
77
18:59 / 13 Noyabr 2026
84
18:50 / 13 Noyabr 2026
84
18:38 / 13 Noyabr 2026
100
18:31 / 13 Noyabr 2026
85
18:26 / 13 Noyabr 2026
89
18:15 / 13 Noyabr 2026
101
18:04 / 13 Noyabr 2026
332
17:59 / 13 Noyabr 2026
109
17:46 / 13 Noyabr 2026
114
17:30 / 13 Noyabr 2026
105
17:18 / 13 Noyabr 2026
99
17:13 / 13 Noyabr 2026
330
17:07 / 13 Noyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.