Qaynar xətt:

(+99450) 247 90 86

Xocalıdakı görüntüləri o çəkibmiş...- İlk hərbi operatorun xanımı danışdı  

Xocalıdakı görüntüləri o çəkibmiş...- İlk hərbi operatorun xanımı danışdı  

CƏMİYYƏT

1443

26.02.2026, 17:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hazırda sosial şəbəkələrdə, televiziya kanallarında və mətbuatda Qarabağ hadisələri və   Xocalı soyqırımı ilə bağlı videoların  çoxunun müəllifi  olan müharibə  iştirakçısı,  Azərbaycan Ordusunun ilk hərbi operatoru Seyidağa Mövsümlünü bu gün xatırmamaq olmaz.

Oxu24.com saytı tanınmış jurnalistin  xanımı Nazilə Mövsümlü ilə söhbət edib.

Xanım bildirib  ki, 2 gündür ki, gözlərim ekranlardadır.

"Xocalı ilə bağlı çəkilişləri yenidən izləyirəm. Çəkilişlərin böyük hissəsinin Seyidağa müəllimə məxsus olduğu hamıya bəllidir. Hətta videoların alt hissəsində  müəllifin adı yazılıb. Gözləyirəm ki, bir dəfə biri “Seyidağa müəllim,  sözün həqiqi mənasında Xocalı çəkilişlərində  ən fəal biri olub” kəlməsi desin”.

 Nazilə xanım  vurğulayır ki, Seyidağa həm işinin peşəkarı idi, həm də  vətəninə -xalqına  bağlı bir insan idi.

"Qarabağda döyüş  başlayan gündən  o rahat ola bilmədi. Çünki əvvəldən xalqının yanında olub. Hələ xalq hərəkatı başlayandan  meydanlarda olub, həm operator kimi, həm müstəqillik uğrunda mübarizə aparan vətəndaş kimi xalqının yanında olub. Onun Azadlıq meydanında, 1990-ci il sovet ordusunun Bakıya işğalçı hücumu zamanı, Naxçıvandakı olaylarla bağlı  videoçəkilişləri hazırda bir tarixi dönəmin sübutudur. Dövlət televiziyasında işləyərkən Qarabağa  gedirdi.

1988-ci ildən başlayaraq Qarabağ sanki onun evi oldu. Oradakı insanlarla bağlı, döyüşçülərlə bağlı, rus və erməni birliklərinin xaraba qoyduğu kənd və şəhərlərlə bağlı  çəkilişləri ən çox baxılan TV- materiallardan olub. Ezamiyyətdən gələndə geri qayıtmaq üçün çalışırdı. Elə bil əzizlərini Qarabağda qoyub gəlmişdi. Çəkilişləri təhvil verib yenidən Qarabağa yollanırdı. Bir dəfə gələndə isə dedi ki, day çəkilişlə qurtardıq, gedib əlimdə silah döyüşəcəyəm.  Dözmədi getdi. Azərbaycan Müdafiə Nazirliyi ilk batalyon yaratmışdı -  Şıxov batalyonu… Bax, o batalyonun ilk könüllülərindən olub. Bu batalyonda ermənlərə qarşı döyüşlərdə döyüşüb”.

 

 Nazilə xanım həyat yoldaşının 19 fevral 1992-ci ildə general Zaur Rzayevin təklifi ilə nazirliyin mətbuat mərkəzində operator kimi işə başlamasından sonra  bir nüansı da xatırlayıb.

Xocalı faciəsindən xeyli  sonra Seyidağa evə gəlmişdi. Qapını açıb onu görəndə   göz yaşlarımı saxlaya bilmədim. Onu Qarabağa yola salanda  saçları qapqara idi, indi isə qapının ağzında  demək olar ki, ağ saçlı bir adam dayanmışdı.Həmin günlərdə bildik ki, Xocalı faciəsinin verdiyi stressdən Seyidağa şəkər xəstəliyinə də tutulub. Çünki ondan əvvəl o qanlı mənzərəni heç kim çəkməyib. O vaxt ordakı şahidlər də təsdiq ediri ki, Seyidağa Xocalı Soyqrımı ilə bağlı fevralın 26-da  çəkdiyi kasseti AzTV-nin Qarabağ bölgəsi üzrə müxbiri Allahverdi Əsədova verib, amma həmin dəhşətli mənzərəni onsuz da travma almış  insanlara göstərmək olmazdı. Milli Qəhrəman Çingiz Mustafayev Seyidağadan 2 gün sonra fevralın  28-də həmin ərazidə məlum mənzərəni lentə ala bilmişdi. Seyidağanın çəkilişləri televiziya üçün məqbul olmadığından o, 1993-cü ildə  çəkdiyi kadrlar əsasında “Xocalı Əsrin Faciəsi”adlı filmini çəkdi. Seyidağa Qarabağ hadisələrinə qədər çox sağlam, gümrah biri olub. Amma Xocalı faciəsi  deyərdim ki, onun ömrünü ”yedi", həyatını bitirdi. 63 yaşında … Seyidağa Mövsümlü Qarabağda həm vətəndaş kimi, həm zabit kimi, həm də  tarixi kameraya köçürən səriştəli bir operator kimi xalqın yaddaşında yaşayacağına əminəm”-deyə Nazilə Mövsümlü vurğulayıb.

 Əntiqə Rəşid

Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

18:38 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

98

0
Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

18:31 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

84

0
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

18:26 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

87

0
Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

18:15 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

97

0
Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

18:04 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

325

0
Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

17:59 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

106

0
Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

17:46 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

114

0
Aydın Mirzəzadə: "Avropa Siyasi Birliyi forumları Avropanın və dünyanın qarşısında duran məsələlərin həllinə xidmət edir"

17:30 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Aydın Mirzəzadə: "Avropa Siyasi Birliyi forumları Avropanın və dünyanın qarşısında duran məsələlərin həllinə xidmət edir"

105

0
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional əlaqələrin inkişafına töhfə verə bilər – ŞƏRH

17:18 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional əlaqələrin inkişafına töhfə verə bilər – ŞƏRH

99

0
Milli Məclis mühüm məsələləri müzakirə edəcək

17:13 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Milli Məclis mühüm məsələləri müzakirə edəcək

324

0
Tovuzda hamilə bıçaqlanıb 

17:07 / 13 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Tovuzda hamilə bıçaqlanıb 

107

0
Azərbaycanın su təhlükəsizliyi üçün YENİ ADDIM: Ermənistanla hansı razılaşma əldə olunacaq?  

16:59 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycanın su təhlükəsizliyi üçün YENİ ADDIM: Ermənistanla hansı razılaşma əldə olunacaq?  

105

0