Noyabrda sosial müavinət gözləyənlərə RƏSMİ XƏBƏR
13 Noyabr 2026, 19:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1003
26.02.2026, 13:44
Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür.Bu gün Xocalı Soyqırımından 34 il ötür.
Oxu24.com-a dərdini danışan Xocalı sakini, ehtiyatda olan polis polkovniki Akif Mirsiyab oğlu ötənləri belə xatırlayıb.
Polkovnik bildirib ki, hazırda dərdimizi yüngülləşdirən amillər çoxdur.
"2020-ci ilə qədər Xocalı bizim üçün uzaqda qalan sağalmaz bir yara idi. Hər il bu vaxtı əlimizdə qərənfillərlə "Xocalıya ədalət" deyə fəryad edirdik. Ruhumuz əsir, qəlbimiz qırıq idi. Şəhidlərimizin məzarı önündə boynumuz bükük , dilimiz gödək idi, çünki o torpaqlara gedə bilmirdik. Xocalı bizim üçün bitməyən bir həsrət, alınmamış bir qisasın ağır yükü idi.Bu gün isə Xocalı artıq azadlığın simvoludur. 2020-ci ilin Zəfərindən sonra biz bu faciəni artıq məğlub xalq kimi deyil, qalib bir millət kimi anırıq.İndi şəhidlərimizin ruhuna dualar oxuyarkən "qanınız yerdə qalmadı" deyə bilirik. Artıq o torpaqlarda yabançı ayaq izləri deyil, doğma nəfəsimiz var. Xocalı artıq xəritədəki bir nöqtə deyil, bayrağımızın ucaldığı qürur yerimizdir”.
Polkovnik onu da qeyd etdi ki, o məşum gecədə 50-yə yaxın qohum- tanışı düşmən gülləsinə, erməni vəhşiliyinə, rus qəddarlğına tuş gəlib.
"Evimdən isə o dəhşətli gecədə qardaşım – Milli Qəhrəman Tofiq Hüseynov, həm də onun ən yaxın silahdaşı olan, şəhəri müdafiə edən digər qardaşım Bakir Hüseynov qəhrəmanlıqla şəhid oldular. Müharibə ilə əlaqəsi olmayan dinc sakinlərdən atam Mirsiyabin, anam Minəş xanımın, bacım Qətibənin, Tofiqin həyat yoldaşı Məxmər xanımın vəhşicəsinə öldürülməsi isə düşmənimizin namərdliyini, qaniçən olduğunu subut edən faktdır.Onların,eyni zamanda, qardaşım Bakirin bu günə qədər nə “öldü”sündən xəbərimiz var, nə də “qaldı”sından. Yalnızca, o vaxt Tofiqin nəşi tapıldı və Bakıda Şəhidlər Xiyabanında dəfn olundu. 34 ildir gözlərimiz yollardadır.Hətta Tofiqin atasız-anasız qalmış 3 övladı əhd edib ki, anası Məxmər xanımın sümükləri belə tapılsa qurban kəsəcəklər.Hələ də itkinlərimizin sorağındayıq! Hələ ki, yaramız qan verməkdə davam edir. Düşünürəm ki, Xocalı dərdini Böyük Zəfərimiz, Qarabağa Dönüşümüz yüngülləşdirdi, amma o dərdi heç nə bizə unutdura bilməz, unutdurmayacaq” -deyə Akif Mirsiyab oğlu vurğulayıb.
Əntiqə Rəşid
19:58 / 13 Noyabr 2026
27
19:53 / 13 Noyabr 2026
105
19:41 / 13 Noyabr 2026
61
19:38 / 13 Noyabr 2026
325
19:35 / 13 Noyabr 2026
58
19:30 / 13 Noyabr 2026
169
19:28 / 13 Noyabr 2026
52
19:23 / 13 Noyabr 2026
64
19:05 / 13 Noyabr 2026
68
18:59 / 13 Noyabr 2026
77
18:59 / 13 Noyabr 2026
84
18:50 / 13 Noyabr 2026
84
18:38 / 13 Noyabr 2026
100
18:31 / 13 Noyabr 2026
85
18:26 / 13 Noyabr 2026
89
18:15 / 13 Noyabr 2026
101
18:04 / 13 Noyabr 2026
332
17:59 / 13 Noyabr 2026
109
17:46 / 13 Noyabr 2026
114
17:30 / 13 Noyabr 2026
105
17:18 / 13 Noyabr 2026
99
17:13 / 13 Noyabr 2026
330
17:07 / 13 Noyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.