“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - Video
07 Aprel 2026, 11:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
896
25.02.2026, 12:43
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Beləki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.Bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə, 115 nəfər yola salınıb.
Məsələ ilə bağlı Oxu24.com-a Cəbrayıl rayonunun ziyalısı, keçmiş döyüşçü Vaqif Əlisoy (Əliyev) danışıb.
O, bildirib ki, bu günkü köç də Qarabağa başlanan ilk köç qədər məni həyəcanlandırıb, sevindirib.
"Mən özüm Cəbrayıla ilk köç edənlərdənəm. Artıq evimdəyəm, yurdumda-yuvamdayam. Eşidəndə ki, məsələn, Füzuliyə, Hadruta, Ağdərəyə, Ağdama və sair kənd və şəhərlərimizə qarabağlılar geri qayıdır, inanın ki, onların yaşadığı hissləri mən Cəbrayılda bir də yaşayıram.
Bilirsiniz, mən ömrümün gənclik illərindən canımı xalqım üçün hər əziyyətə , dərdə salmışam.Müstəqillik uğrunda mübarizəyə başlayanda bilirdim ki, çətin bir yola girmişik. Hətta 20 yanvar olaylarına görə 700 nəfər əqidədaşımla həbs ediləndə də, Rusiya zindanlarına etap ediləndə də, zindanlarda minbir əziyyət və işgəncələrə məruz qalanda da bilirdim ki, bu xalq layiq olduğu müstəqilliyi yaşayacaq. Şükür 1991-ci ildə sonda qalib olduq, müstəqilliyimizi qazandıq.
Amma qanlı imperiya Qarabağda yaratdığı bir problem körükləyirdi və biz də bu yanğından xalqımızı qorumaq üçün döyüşlərə atıldıq. 1990-cı ildən əlimizdə silah Cəbrayıl polisi ilə birlikdə kəndlərimizi qoruduq. Təəssüf ki, Qarabağda da qarşımızda imperiyanın silahlı ordusu, nizami qoşunları durdu. Bir ov tüfəngi ilə, bəzən adi bir avtomatla topu, tankı, reaktiv artilleriyası olan güclü düşmənə qarşı döyüşürdük. Elə olurdu ki, bir gündə cəbhə xəttindən 30 -dan çox şəhid çıxarırdıq, bununla belə qəlbimizin içində inanırdıq ki, bu belə davam etməyəcək. Biz nə vaxtsa, erməni və rusların işğal etdikləri torpaqlarda oranın əsl sahibləri kimi gəzəcəyik. Ali baş Komandan öz elmi, siyasi uzaqgörənliyi ilə dünyanın qarşısında qaya məğrurluğu ilə dayandı. Erməniləri dəstəkləyən, erməniyə havadar olan dünya güclərinə qarşı çıxdı və bir gün onun rəhbərliyi altında Azərbaycan igidləri bir yumruq kimi birləşdi. Həm rus, həm erməni muzdlularını, eyni zamanda , Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Nəhayət , Cəbrayıl rayonu 27 ildən sonra öz azadlığına qovuşdu.Bu azadlığımız, sevincimiz üçün əvvəlcə müqəddəs şəhidlərimizin ruhu qarşısında baş əyirəm, sonra Ali Baş komandan və onunla hər mövzuda həmrəy olan Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm! Azərbaycan ordusuna isə deyirəm ki, hər birinizin tək-tək başına dönüm, xalqımın igid oğulları!”
Həmçinin oxuyun
Vaqif müəllim, telefonda xeyli susur və sonra yenidən danışmağa başlayır:” Üzürlü sayın, sevincimlə, qəhərim qarışıb bir-birinə, day çox danışa bilmirəm. Bu sevinci, bu kövrəkliyi bizə yaşadanlara eşq olsun!”-deyə keçmiş döyüşçü vurğuladı.
Xatırladaq ki, bu artıq Horovluya 3-cü , növbəti köçdür.
Əntiqə Rəşid
11:29 / 07 Aprel 2026
1
11:25 / 07 Aprel 2026
16
11:15 / 07 Aprel 2026
25
11:12 / 07 Aprel 2026
65
11:00 / 07 Aprel 2026
49
10:55 / 07 Aprel 2026
40
10:41 / 07 Aprel 2026
44
10:33 / 07 Aprel 2026
431
10:20 / 07 Aprel 2026
122
10:16 / 07 Aprel 2026
38
10:08 / 07 Aprel 2026
55
10:06 / 07 Aprel 2026
49
10:04 / 07 Aprel 2026
42
09:59 / 07 Aprel 2026
62
09:52 / 07 Aprel 2026
54
09:51 / 07 Aprel 2026
439
09:49 / 07 Aprel 2026
48
09:47 / 07 Aprel 2026
117
00:58 / 07 Aprel 2026
276
00:32 / 07 Aprel 2026
217
23:58 / 06 Aprel 2026
132
23:36 / 06 Aprel 2026
271
23:18 / 06 Aprel 2026
270
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.