Torpağı olub, istifadə etməyənlərin NƏZƏRİNƏ
04 May 2026, 20:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
563
23.02.2026, 15:41
Bakı metropolitenində şüşə arakəsmələrin quraşdırılması texniki baxımdan mümkün deyil.
Bu barədə Oxu24.com-a “Bakı metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, bunun bir neçə səbəbi var:
“Mövcud stansiyaların havalandırma və hava dövriyyəsi xüsusiyyətləri nəzərə alınmalıdır. Xüsusilə yaşıl və qırmızı xətlərdə hava stansiyalara əsasən tunellər vasitəsilə daxil olur. Platforma arakəsmələrinin quraşdırılması bu hava axınlarının qarşısını alacaq. Bu isə, həm tunel infrastrukturuna, həm də ən əsası sərnişinlərin rahatlığı və təhlükəsizliyinə mənfi təsir göstərəcək”.
Həmçinin oxuyun
Qeyd edilib ki, CBTC adlandırılan mərkəzi idarəetmə və işarə vermə sistemləri qatarların platformada millimetr dəqiqliyi ilə dayanması üçün əsas şərtdir:
“Bu sistem qatarın sürətini, mövqeyini və dayanma nöqtəsini real vaxt rejimində hesablayır və platforma boyunca qatarın standartlaşdırılmış nöqtədə dayanmasını təmin edir. Maşinistsiz qatarlar üçün bu sistem mütləqdir. Qatar yalnız CBTC sistemi tərəfindən dayanma təsdiq edildikdən sonra platforma arakəsmələri ilə sinxron şəkildə işləyir. Hazırda isə Bakı metrosunda qatarların platformada dayanması maşinist tərəfindən manual şəkildə həyata keçirilir. Bakı metrosunda fərqli nəsil və bir neçə model vaqon istismar olunur. Bu vaqonlarda qapıların yerləşməsi və açılması mexanizmi fərqlidir. Bəzilərində qapılar içəriyə, bəzilərində isə çölə açılır. Bu müxtəliflik platforma arakəsmələrinin standartlaşdırılmış şəkildə tətbiqini əhəmiyyətli dərəcədə çətinləşdirir. Bütün bu amilləri nəzərə alaraq təəssüf ki, hazırda şüşə arakəsmələrin Bakı metropolitenində tətbiqi mükün deyil”.
Qeyd edək ki, beynəlxalq təcrübədə bir sıra ölkələrin metro sistemlərində platforma ilə qatar yolu arasında şüşə arakəsmələrdən istifadə olunur. Şüşə arakəsmələrin əsas məqsədi sərnişinlərin qatar yoluna təsadüfi düşməsinin qarşısını almaq, platformada təhlükəsizliyi artırmaq və insan faktorundan qaynaqlanan riskləri minimuma endirməkdir.
20:36 / 04 May 2026
1
20:33 / 04 May 2026
9
20:27 / 04 May 2026
14
20:16 / 04 May 2026
27
20:15 / 04 May 2026
107
20:11 / 04 May 2026
39
20:09 / 04 May 2026
34
20:00 / 04 May 2026
128
19:59 / 04 May 2026
35
19:59 / 04 May 2026
41
19:59 / 04 May 2026
49
19:55 / 04 May 2026
31
19:50 / 04 May 2026
32
19:45 / 04 May 2026
34
19:43 / 04 May 2026
55
19:42 / 04 May 2026
46
19:31 / 04 May 2026
55
19:24 / 04 May 2026
49
19:15 / 04 May 2026
77
19:00 / 04 May 2026
45
18:50 / 04 May 2026
75
18:48 / 04 May 2026
116
18:44 / 04 May 2026
61
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.