Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
01 May 2026, 21:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1127
23.02.2026, 14:12
“Əslən Qərbi Azərbaycandan olan Rusiya vətəndaşı Rövşən Əhmədovun indiki Ermənistan ərazisini, xüsusən də doğma dədə-baba yurdu olan Amasiya vilayətini gəzməsi, köhnə yurd yerlərindən video çəkməsi və paylaşımlar etməsi bəzi erməni siyasətçiləri bərk narahat edib”.
Bu fikirləri Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru, ermənişünas ailm İsmayıl Tanrıverdi Oxu24.com-a danışıb.
Həmçinin oxuyun
O, bildirib ki, "Bizim Yolumuz" hərəkatının üzvü Alik Aleksanyan sosial şəbəkədə çıxışı zamanı şəhəri "kənd" kimi təqdim edərkən yaranan tənqidlərə cavab verərkən “qaçqın” soydaşlarını qınaq atəşinə tutub. Erməni siyasətçi onları qınayıb ki, azərbaycanlıların Amasiyaya gəlməsini niyə sükutla qarşılayıblar:
”"Azərbaycanlılar paytaxtın mərkəzinə gəlib video çəkirlər, amma sizin əzizləriniz( Qarabağı tərk edib gələnlər nəzərdə tutulur-red İ.T.) gizləndikləri yerlərdən çıxmırlar, niyə səsinizi çıxarmadınız? Səsinizi çıxarın", - deyə o bildirib.
Qarabağı könüllü tərk edən fotoqraf David Qahramanyan Alik Aleksanyana cavab verib. O, bildirib ki, siz (Ermənistan vətəndaşları- red-İ.T.) Qarabağa yeməklərdən həzz almaq, Xankəndi, Ağdam və Şuşada gəzmək, şəkil çəkdirmək və "vətənlərində" olduqlarını bildirmək üçün gəldiniz:”Ona görə də Artsaxa (Red-ermənilər Qarabağı qondarma adla belə adlandırırdı) gəlin, yeyin-için, Stepanakertdə(Red-Xankəndi), Aknada(Ağdam), Şuşidə (Şuşa) şəkil çəkdirin, "vətənimizdə" olduğumuzu bəyan edin və sonra həmin vətəni inkar edin! Çətin anlarda vətənlərini tərk edənlərə dəstək olmayın, amma insanlar təsadüfən bir şəhəri danışıqda kənd adlandıranda, onu bədbəxt adlandırın. Siz vətənsiz, prinsipsiz və ləyaqətsizsiniz", - deyə o bildirib.
İ. Tanrıverdi qeyd edib ki, yerli Ermənistan vətəndaşları ilə Qarabağı könüllü tərk edən ermənilər arasında gərginlik 2020-ci ildən etibarən başlayıb və hazırda pik həddə çatıb. Hətta bu günlərdə İrəvanın mərkəzində sərnişin marşrutunda belə bir hadisə baş verdi. Qarabağdan könüllü köçən erməni ailə təhqir edildi və sonra avtobusdan düşürüldü.
Əntiqə Rəşid
21:48 / 01 May 2026
1
21:44 / 01 May 2026
9
21:40 / 01 May 2026
17
21:35 / 01 May 2026
27
21:33 / 01 May 2026
29
21:30 / 01 May 2026
32
21:27 / 01 May 2026
31
21:22 / 01 May 2026
114
21:16 / 01 May 2026
96
21:10 / 01 May 2026
176
21:04 / 01 May 2026
139
20:57 / 01 May 2026
55
20:53 / 01 May 2026
41
20:49 / 01 May 2026
41
20:47 / 01 May 2026
137
20:40 / 01 May 2026
57
20:29 / 01 May 2026
49
20:16 / 01 May 2026
63
20:08 / 01 May 2026
69
19:59 / 01 May 2026
78
19:44 / 01 May 2026
82
19:21 / 01 May 2026
82
19:13 / 01 May 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.