Hər axşam qatıq yeməyin FAYDALARI
06 Aprel 2026, 23:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
549
23.02.2026, 09:03
Azərbaycanda pensiya və sosial müavinətlərin hansı bank vasitəsilə alınması məsələsi yenidən gündəmə gəlib.
Hazırda pensiyaçıların və sosial ödəniş alan vətəndaşların böyük hissəsi vəsaitlərini əsasən iki bank üzərindən əldə edir.
Bu isə xüsusilə ödəniş günlərində bankomatların qarşısında uzun növbələrin yaranmasına səbəb olur.
Mövcud sistemdə vətəndaşlar bank seçimi etmək imkanına malik deyil, kartlar avtomatik qaydada müəyyən banklar vasitəsilə sifariş edilir. Bir çox pensiyaçı hesab edir ki, seçim hüququnun olmaması həm rahatlıq, həm də xidmət baxımından məhdudiyyət yaradır. Onların fikrincə, əgər bankı özləri seçə bilsələr, daha əlverişli xidmət və şərtlərdən yararlanmaq mümkün olar.
Xüsusilə yaşlı insanlar üçün bankomat növbələri və əlavə prosedurlar çətinlik yaradır. Bəzi vətəndaşlar bildirirlər ki, fərqli banklara müraciət etməyə öyrəşmədikləri üçün mövcud sistemlə kifayətlənirlər. Digər tərəfdən, bəzi bankların komissiya haqları da narazılıq doğurur. Pensiyaçılar əlavə 2–5 manat xidmət haqqı ödəmək istəmədiklərini vurğulayırlar.
Həmçinin oxuyun
Beynəlxalq təcrübədə sosial ödənişlərin hansı bank vasitəsilə alınması vətəndaşın öz seçiminə əsaslanır. Banklar müştəriləri cəlb etmək üçün əlavə bonuslar, aşağı komissiyalar, keşbek kampaniyaları və digər üstünlüklər təklif edirlər. Bu model maliyyə sektorunda rəqabəti gücləndirir və xidmət keyfiyyətini artırır.
Azərbaycanda da bu istiqamətdə dəyişiklik planlaşdırılır. Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, bank sektoru və aidiyyəti dövlət qurumları tərəfindən zəruri texniki və təşkilati hazırlıq işləri aparılır. Layihənin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Bu məsələ Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində də öz əksini tapıb. Strategiyaya əsasən, vətəndaşların pensiya və müavinət ödənişlərini istənilən bank vasitəsilə almaq üçün bank seçimində sərbəstliyin təmin edilməsi planlaşdırılır.
İlkin mərhələdə əməkhaqqı ödənişlərində seçim hüququnun tətbiqi prioritet hesab olunur. Daha sonra sistemin pensiya və sosial müavinətlərə də şamil ediləcəyi gözlənilir.
Qeyd edək ki, təxminən 1,2 milyon pensiya və sosial yardım alan vətəndaşın bank seçimi imkanı əldə etməsi bank sektoru üçün də iqtisadi baxımdan cəlbedici olacaq. Bu yenilik banklar arasında rəqabəti artıracaq, xidmət haqlarına və komissiyalara təsir göstərəcək, eyni zamanda vətəndaş məmnuniyyətini yüksəldəcək. /Banker.az/
23:18 / 06 Aprel 2026
1
23:00 / 06 Aprel 2026
30
22:44 / 06 Aprel 2026
134
22:31 / 06 Aprel 2026
47
22:16 / 06 Aprel 2026
161
22:07 / 06 Aprel 2026
176
21:52 / 06 Aprel 2026
151
21:33 / 06 Aprel 2026
66
21:26 / 06 Aprel 2026
78
21:08 / 06 Aprel 2026
83
20:56 / 06 Aprel 2026
203
20:50 / 06 Aprel 2026
196
20:38 / 06 Aprel 2026
169
20:30 / 06 Aprel 2026
74
20:10 / 06 Aprel 2026
230
20:06 / 06 Aprel 2026
105
20:02 / 06 Aprel 2026
160
20:00 / 06 Aprel 2026
192
19:55 / 06 Aprel 2026
65
19:50 / 06 Aprel 2026
86
19:49 / 06 Aprel 2026
206
19:43 / 06 Aprel 2026
1372
19:38 / 06 Aprel 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.