Bu rayonun Peşə Təhsil Mərkəzinə direktor TƏYİN OLUNDU
18 May 2026, 15:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
634
22.02.2026, 18:19
Hazırda paytaxt Bakı şəhərində bir neçə istiqamətdə söküntü işləri aparılır. Bəzi ərazilərdə söküntülər özəl tikinti şirkətləri tərəfindən həyata keçirilir ki, bu da qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərinin sökülməsini əhatə edir.
Hazırda isə Yasamal rayonunun "Sovetski" adlanan ərazisində söküntü işləri dövlət tərəfindən aparılır. Bu ərazilər dövlət ehtiyacları üçün alınır və yaxın gələcəkdə burada böyük parkların salınması planlaşdırılır.
Oxu24.com AzTV-yə istinadən bildirir ki, "Sovetski" adlanan ərazidə ilin sonunadək 4 200-dən çox mənzilin sökülməsi nəzərdə tutulur. Dövlət layihəsinə əsasən, indiyədək "Sovetski"də 600 mənzil tam, 850-yə yaxın mənzil isə qismən sökülüb. Məqsəd Bakını müasir görkəmdə, daha avanqard və rahat şəhərə çevirməkdir.
Yenidənqurma işləri aparılan ərazilərdə mədəniyyət abidələrinin və dövlət əhəmiyyətli tikililərin sökülməsi nəzərdə tutulmayıb. Yəni müasirliklə tarix vəhdət təşkil edəcək. Bu isə dövlətin mədəni irsə həssas yanaşmasının bariz nümunəsidir.
Söküntü işləri paytaxtın tarixi binalarını qorumaqla yanaşı, yaşıllıq ərazilərinin genişləndirilməsinə yönəlib. Necə ki, illər əvvəl Mərkəzi park da eyni məqsədlə salınıb.
Beləliklə, şəhərin mərkəzində həm ekoloji mühit yaxşılaşacaq, həm də sakinlərin asudə vaxtlarının daha rahat təşkili təmin olunacaq. Nəticədə paytaxt Bakı daha insanyönümlü şəhərə çevriləcək.
Sakinlərin sözlərinə görə, hazırda ərazidə hava bir qədər küləklidir və insan azdır. Lakin yay aylarında burada sıxlıq yaşanır:
"İndi hava bir az küləklidir, adam azdır. Amma yayda burada tərpənmək olmur. Ərazi nə qədər böyük olsa, bir o qədər yaxşı olar, inşallah".
Digər sakin isə qeyd edib:
"Bura insanların istirahət üçün seçdiyi məkandır. Xüsusilə həftəsonları daha da abadlaşdırılsa, çox gözəl olar".
Qeyd edək ki, paytaxtın yeddi rayonunda - Yasamal, Binaqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu və Suraxanıda istismar müddətini başa vurmuş binaların sökülməsi nəzərdə tutulub.
15:42 / 18 May 2026
16
15:30 / 18 May 2026
103
15:18 / 18 May 2026
101
15:09 / 18 May 2026
92
14:59 / 18 May 2026
60
14:50 / 18 May 2026
59
14:42 / 18 May 2026
69
14:37 / 18 May 2026
64
14:31 / 18 May 2026
67
14:21 / 18 May 2026
64
14:09 / 18 May 2026
83
13:59 / 18 May 2026
76
13:49 / 18 May 2026
75
13:40 / 18 May 2026
72
12:59 / 18 May 2026
101
12:59 / 18 May 2026
93
12:46 / 18 May 2026
102
12:39 / 18 May 2026
80
12:34 / 18 May 2026
188
12:26 / 18 May 2026
81
12:21 / 18 May 2026
93
12:04 / 18 May 2026
101
11:55 / 18 May 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.