Vəzifəli şəxs qəfil öldü
13 Noyabr 2026, 22:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
715
21.02.2026, 08:55
Azərbaycanın Xarici İşlər Nazirliyinin rəhbərliyində təmsil olunan şəxslər arasında 5 nəfər eyni universiteti bitirib. Söhbət ölkənin ən qədim təhsil ocağı olan Bakı Dövlət Universitetindən gedir.
Oxu24.com Nocomment.az-a istinadla xəbər verir ki, nazirin ən stajlı müavini olan Mahmud Məmməd-Quliyev 1972-ci ildə indi Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
77 yaşlı diplomat 1996-2001-ci illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İsveç və Norveç Krallıqlarında və Danimarka Krallığındakı Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri olub. O, 1993-cü ildən xarici işlər nazirinin müavini vəzifəsində işləyir.
Ceyhun Bayramovun digər müavini Araz Əzimov da bu qədim təhsil ocağının məzunudur. O, 1978-1984-cü illərdə sözügedən ali təhsil müəssisəsində oxuyub. İxtisasca şərqşünasdır.
Araz Əzimov 1994-cü ildən xarici işlər nazirinin müavini vəzifəsində çalışır.
Nazir müavini Samir Şərifov da BDU-nun məzunudur. O, 1993-1997-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 1998-2000-ci illərdə həmin ixtisas üzrə magistr və 2000-2003-cü illərdə aspirantura pilləsi üzrə təhsil alıb.
Samir Şərifov Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2023-cü il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub.
Ölkənin ən perspektivli diplomatlarından sayılan Elnur Məmmədovun da yolu BDU-dan keçib. Məmmədov Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistr səviyyələrini fərqlənmə diplomu ilə bitirib.
2023-cü ilin iyulunda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Elnur Məmmədova “fövqəladə və səlahiyyətli səfir” ali diplomatik rütbəsi verilib.
Nazirin ən gənc müavini olan Yalçın Rəfiyev də Bakı Dövlət Universitetində təhsil alıb. Gənc diplomat 2007-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” fakültəsinin “beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib.
Yalçın Rəfiyev Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2023-cü il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub.
22:36 / 13 Noyabr 2026
7
22:18 / 13 Noyabr 2026
56
22:13 / 13 Noyabr 2026
61
22:03 / 13 Noyabr 2026
82
21:43 / 13 Noyabr 2026
614
21:36 / 13 Noyabr 2026
79
21:29 / 13 Noyabr 2026
103
21:24 / 13 Noyabr 2026
75
21:03 / 13 Noyabr 2026
91
20:58 / 13 Noyabr 2026
99
20:50 / 13 Noyabr 2026
1022
20:41 / 13 Noyabr 2026
127
20:37 / 13 Noyabr 2026
98
20:35 / 13 Noyabr 2026
83
20:20 / 13 Noyabr 2026
104
20:09 / 13 Noyabr 2026
339
20:06 / 13 Noyabr 2026
97
20:05 / 13 Noyabr 2026
99
19:58 / 13 Noyabr 2026
335
19:53 / 13 Noyabr 2026
230
19:41 / 13 Noyabr 2026
131
19:38 / 13 Noyabr 2026
777
19:35 / 13 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.