Mehriban Mahmudova işdən çıxarıldı
11 Mart 2026, 23:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1531
19.02.2026, 16:03
Qarabağda aparılan tikinti işlərində çalışan fəhlə Şahin Abdullayevin Türkiyə şirkəti olan "Preso Texnoloji Elektronik Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi" nin rəhbər işçilərindən şikayətçi olması barədə xəbər vermişdik.
Şikayətçi müraciətində sözügedən şirkətin qanunun tələblərini pozduğunu,işçiləri əmək müqaviləsində göstərilən saatlardan artıq işlədildiyini,istirahət günlərinin normadan az verildiyini,həmçinin əməkhaqqlarının bir hissəsinin nağd şəkildə verildiyini və bununla da vergidən yayındıqlarını bildirmişdi.
Şahin Abdullayev müraciətində həmçinin,onun sahibsiz itləri xilas etdiyi üçün şirkətin regionda rəhbəri olan Abdulkərim Öncül tərəfindən işdən çıxarıldığını idda edir.
Hüquqlarının kobud şəkildə pozulduğunu bildirən fəhlə Oxu24.com-a yenidən müraciət edib.
Onun sözlərinə görə,şirkətin qanunsuz hesab etdiyi əməllərindən Dövlət Əmək Müfəttişliyi Xidmətinə və Vergilər Nazirliyinə dəfələrlə müraciət etsə də,hələ də cavab ala bilməyib.
"Keçən dəfə etdiyim video müraciətdən sonra itlərin hüquqlarını qorumaq üçün bir neçə şəxs mənə zəng etdi.Onlar heyvanların hüquqlarını müdafiə edən təşkilatların işçiləri idi.Dedilər ki,itləri xilas edəcəyik və itləri incidən şəxslər qanunla cəzalandırılacaq.Məndə olan məlumata görə,məni oradan uzaqlaşdırdıqdan sonra itlərin bir neçəsi aclıqdan və soyuqdan ölüb.İndi itlərin hüquqları ilə bağlı həmin şəxslər araşdırma aparır.Mənim özümlə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə dəfələrlə etdiyim müraciətlərə hələ bir müsbət cavab gəlməyib.Onlar vaxtında tədbir görməsələr,qarşı tərəf sübutları məhv edə bilər.Buna baxmayaraq mənim əlimdə çoxsaylı fakt,həmçinin canlı şahidlərim var.Xahiş edirəm ki,aidiyyatı qurumlar bu işdə mənə dəstək olsunlar.Çünki hüquqları sözügedən şirkət tərəfindən pozulan tək vətəndaş mən deyiləm",-deyə şikayətçi bildirib.
Fəhlənin xilas etdiyi itlərin videosu.
Şahin Abdullayevin sözlərinə görə,şirkət rəhbərliyi onun haqqında yalan informasiyalar yayır.
"Mən müraciətimdə Şuşanın,Qarabağın mənə əziz və doğma olduğunu,bacım oğlu Hikmət İbrahimovun həmin torpaqlarda şəhid olduğunu demişdim.Bu müraciətdən sonra şirkət rəhbərliyi onlara zəng edən şəxslərə mənim haqqımda doğru olmayan sözlər deyib.Guya mən şirkətdən işdən çıxarılacağım təqdirdə pul tələb etmişəm.Guya sözügedən məbləğ mənə ödənilmədiyi üçün bu müraciətləri etmişəm.Bu,tamamilə yalan və əsası olmayan iftiradır.Mən onlardan qanuni şəkildə mənə ödənilməli olan pulu tələb etmişəm və bu gün də edirəm.Tələb edirəm ki,mənə ödənilməli olan 1200 AZN aylıq maaşın rəsmi qaydada sosial ödənişləri də daxil mənə ödənilsin.İndiyə kimi şirkət dövlətdən xeyli miqdarda vergi gizlədib.Onlar mənim gələcəkdə pensiya kapitalıma da ciddi ziyan vurub.Həmçinin,əlavə saatları işlədiblər,məzuniyyətim düzgün verilməyib.Mən bunları tələb etmişəm.Hazırda vəkil tutmuşam və "Preso" şirkətini məhkəməyə verəcəm",-deyə Şahin Abdullayev bildirib.
Həmçinin oxuyun
Fotoda- Preso şirkətinin Şuşada yerləşən ofiisnin rəhbər şəxsi Abdulkərim Öncül
Şahin Abdullayevin bildirdiyinə görə,onun müraciəti yayıldıqdan sonra məsələdə adı hallanan "Preso" şirkətinin Şuşa filialının rəhbər əməkdaşı Abdulkərim Öncül Türkiyəyə qaçıb.
Məsələ ilə bağlı Oxu24.com-un sorğusuna Dövlət Əmək Müfəttişliyi Xidmətindən rəsmi cavab verilib.
"“PRESO TEKNOLOJİ ELEKTRONİK YAZILIM MÜHENDİSLİK SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı filialı ilə bağlı əmək hüquqlarının pozulması barədə daxil olmuş müraciət Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsində araşdırılır.
Araşdırma çərçivəsində müvafiq informasiya sistemində əmək müqaviləsi məlumatlarına baxış keçirilib və müraciətdə qeyd olunan məsələlərin dəqiqləşdirilməsi məqsədilə işəgötürənə sorğu ünvanlanıb. Zəruri sənədlərin təqdim edilməsi tələb olunub və bu öhdəliyin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulduğu diqqətə çatdırılıb.Hazırda məsələ qanunvericiliyə uyğun qaydada araşdırılır və nəticə barədə müraciət edən şəxsə əlavə məlumat veriləcək",-deyə açıqlamada qeyd olunub.
Miri Məcidli
23:05 / 11 Mart 2026
18
22:55 / 11 Mart 2026
21
22:53 / 11 Mart 2026
31
22:53 / 11 Mart 2026
34
22:42 / 11 Mart 2026
24
22:40 / 11 Mart 2026
29
22:35 / 11 Mart 2026
201
22:34 / 11 Mart 2026
33
22:32 / 11 Mart 2026
98
22:30 / 11 Mart 2026
41
22:25 / 11 Mart 2026
33
22:22 / 11 Mart 2026
38
22:14 / 11 Mart 2026
78
22:07 / 11 Mart 2026
40
22:05 / 11 Mart 2026
149
22:00 / 11 Mart 2026
47
21:53 / 11 Mart 2026
395
21:41 / 11 Mart 2026
74
21:33 / 11 Mart 2026
49
21:30 / 11 Mart 2026
39
21:29 / 11 Mart 2026
45
21:26 / 11 Mart 2026
54
21:12 / 11 Mart 2026
53
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.