Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda tanınmış idmançılara yeni vəzifə verildi 

2019/12/11/1576045700_memur-canta-ile.jpg

CƏMİYYƏT

79

13.02.2026, 19:29

Yunan-Roma güləşində gənclər, yeniyetmələr və kiçikyaşlı yeniyetmələr üzrə milli komandaların tərkibləri yenidən formalaşıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

 

U-20 yığmasının böyük məşqçisi vəzifəsinə Turac Hüseynli təyin edilib. Emin Əhmədov, Həsən Əliyev, Akif Əliyev və Elvin Mürsəliyev köməkçi-məşqçi funksiyasını yerinə yetirəcəklər.

U-17 millisində böyük məşqçi vəzifəsi Rafiq Hüseynova tapşırılıb. Məşqçilər heyətində Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədov da yer alıblar.

U-15 yığmasına böyük məşqçi vəzifəsini isə Taleh Məmmədov yerinə yetirəcək. Bu komandada digər məşqçilər İlham Vezirov, Azad Əliyev və Fuad Aydınlı olacaqlar.