Xolesterini azaldır, stressdən xilas edir - Möcüzəvi TƏRƏVƏZ
25 Mart 2026, 00:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1268
11.02.2026, 14:58
Ucar rayonu,Qazyan kənd sakini Abdullayev Rasim Məhəmməd oğluna məxsus fərdi yaşayış evində qarlı və şaxtalı havada qazın verilişinin dayandırılması barədə məlumat vermişdik.
Vətəndaşın Oxu24.com saytına verdiyi məlumata görə,dünən axşam saatlarında onların mənzilinə verilən qaz təchizatı qanunun 1 ay müddətinə tələb olunan xəbərdarlıq aralığını gözlənilməli olan tələbi pozularaq dayandırılıb.
Vətəndaş "Azəriqaz"əməkdaşlarının bu hərəkətini qanunsuz və qeyri-humanizm addım kimi qiymətləndirir.
Sosial şəbəkələr vasitəsi ilə müraciət ünvanlayıb.
Baş vermiş hadisə ilə bağlı müəyyən suallar yaranır.
"Azəriqaz" əməkdaşı vaxtında sayğacda yaranmış texniki problemi niyə aşkar etməyib?Abanentə niyə bu barədə xəbərdarlıq edilməyib?
"Azəriqaz"abanentə niyə iddia olunan borcu barədə bildiriş-qəbzi təqdim etməyib?Abanentin mənzilinə verilən qaz təchizatı dayandırılarkən niyə akt tərtib edilməyib?
Mövzu ilə bağlı Oxu24.com-a danışan “Neftçilərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib ki,birmənalı olaraq abanent bu hadisə ilə bağlı məhkəməyə müraciət etməlidir.
Həmçinin oxuyun
"Vətəndaş indiki məqamda məhkəməyə müraciət etməlidir.Məhkəmədə "Azəriqaz" sübut etməlidir ki,sayğacda problem nədən yaranıb.Sayğaclar vaxtaşırı baxışa getməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda qeyd olunur ki, "Azəriqaz"“Qazdan istifadə Qaydaları”nın 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, istehlakçıya verdiyi qazın dəyərini sayğacın göstəricilərinə əsasən hər ay üzrə hesablamaq və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat təqdim etməlidir.Bu,mexaniki sayğac olan abanentlərə aid tələbdir.
Sizin təqdim etdiyiniz smart tipli sayğacla bağlı da həmin qaydalarda bənd var.Belə ki,“Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
İndiki məqamda bir sual açıq olaraq qalır: Qaz sayğacında yaranmış texniki problemə görə kimdir günahkar?Abanentin qaz sayğacının mənfiyə yazmasına müdaxilə etməyə faktiki gücü varmı?Yaxud,qaz sayğaclarının texniki baxışa göndərilməsinə kimdir cavahdeh?Bütün bunlara cavab Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda əks olunub. Bu səbəbdən də abanent məhkəməyə müraciət etməlidir.Bir məqamı da qeyd edim ki,"Azəriqaz"ın iddia etdiyi kimi,sayğacda texniki problem yaranarsa,bu zaman abanentə yalnız son 3 ayın göstəricisinə uyğun olaraq orta sərfiyyat hesablana bilər",-deyə Mirvari Qəhrəmanlı bildirib.
"Azəriqaz"ın mətbuat xidməti yayılan xəbərlərə reaksiya verib.
"Qeyd olunan ünvan Ucar rayonu Qəzyan kəndi ünvanında Abdullayev Rasim Məhəmməd oğluna məxsus fərdi yaşayış evidir. Həmin fərdi yaşayış evinin qaz xəttinin üzərində G-4 markalı, 0189200349570 saylı qaz sayğacı quraşdırılıb. Qaz sayğacına baxış keçirilərkən sayğacın üzərində 1281 m3 dəyəri ödənilməyən qaz sərfi aşkar olunub. Abonentə bu barədə xəbərdarlıq olunub. Lakin abonent həmin məbləği ödəməkdən imtina edib. AGİS bazasında araşdırmadan göründüyü kimi abonent noyabr, dekabr, yanvar və fevral ayları ərzində cəmi 47 AZN ödəniş edərək 376m3 qaz almışdır. Qeyd olunan dəyəri ödənilməyən qaz həcminin dəyərini ödəməkdən imtina olunduğuna görə abonentin qaz təminatı dayandırılmışdır.Abonentin qaz təchizatı sonradan ödənişli sayğac quraşdırılmaqla bərpa olundu",-deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki,Ucar rayonunda son günlər əhaliyə artıq məbləğdə borc yazılması barədə kütləvi şikayətlər var.Hələlik vətəndaşların kütləvi şikayətinə rəsmi açıqlama olmayıb.
Miri Məcidli
00:58 / 25 Mart 2026
308
00:44 / 25 Mart 2026
314
00:25 / 25 Mart 2026
212
00:23 / 25 Mart 2026
86
00:09 / 25 Mart 2026
1578
00:07 / 25 Mart 2026
683
23:51 / 24 Mart 2026
82
23:48 / 24 Mart 2026
356
23:34 / 24 Mart 2026
273
23:30 / 24 Mart 2026
295
23:24 / 24 Mart 2026
380
23:18 / 24 Mart 2026
111
23:17 / 24 Mart 2026
303
23:10 / 24 Mart 2026
1189
22:47 / 24 Mart 2026
1918
22:45 / 24 Mart 2026
117
22:35 / 24 Mart 2026
320
22:28 / 24 Mart 2026
271
22:19 / 24 Mart 2026
399
22:09 / 24 Mart 2026
368
22:02 / 24 Mart 2026
327
21:46 / 24 Mart 2026
86
21:43 / 24 Mart 2026
233
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.