Aygün Abdullayeva vəzifəsini itirdi
10 Fevral 2026, 21:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
136
10.02.2026, 18:33
"Fevralın 11-i axşam saatlarından başlayaraq yağıntıların intensivliyinin azalacağı proqnozlaşdırılır. Fevralın 12-də isə həm Bakıda və Abşeron yarımadasında, həm də regionlarda havanın nisbətən mülayimləşəcəyi və əksər ərazilərdə yağıntısız keçəcəyi ehtimal olunur".
Oxu24.com məlumat verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun rəhbəri Gülşad Məmmədova açıqlama verib.
Qurum rəsmisi qeyd edib ki, sabah gündüz saatlarında paytaxtda və Abşeron yarımadasında fasilələrlə yağışlı hava şəraiti hökm sürəcək. Güclü şimal-qərb küləyinin mülayim cənub-qərb küləyinə keçəcəyi gözlənilir. Havanın ən yüksək temperaturu 2-5 dərəcə isti təşkil edəcək. Rayonlarda da yağıntılı hava sabah davam edəcək. Bəzi bölgələrə qar yağması, ayrı-ayrı yerlərdə isə yağıntıların daha intensiv xarakter alması gözlənilir.
Həmçinin oxuyun
Gülşad Məmmədova əlavə edib ki, fevralın 10-dan 12-dək davam edən yağıntılı və şaxtalı hava səbəbindən, xüsusilə dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlaması təhlükəsi mövcuddur.
Xatırladaq ki, hazırda respublika ərazisində hava şəraiti yağıntılı və küləkli keçir. Bir çox yerlərdə yağış, bəzi regionlarda isə qar müşahidə edilir. Qarın hündürlüyü Şahbuzda 37 sm, Qaxda 25 sm, digər rayonların əksəriyyətində isə 6 santimetrə qədərdir.
Bəzi bölgələrdə güclü şimal-qərb küləyi əsir. Küləyin sürəti Bakıda və Abşeronda saniyədə 25 metrə, Şahdağ və Neftçalada 20 metrə, Daşkəsən və Naftalanda isə 18 metrə qədər çatıb.
21:24 / 10 Fevral 2026
14
21:19 / 10 Fevral 2026
23
21:17 / 10 Fevral 2026
25
21:12 / 10 Fevral 2026
37
21:09 / 10 Fevral 2026
807
20:59 / 10 Fevral 2026
28
20:53 / 10 Fevral 2026
39
20:48 / 10 Fevral 2026
402
20:34 / 10 Fevral 2026
51
20:32 / 10 Fevral 2026
171
20:22 / 10 Fevral 2026
55
20:05 / 10 Fevral 2026
63
20:03 / 10 Fevral 2026
62
20:00 / 10 Fevral 2026
59
19:52 / 10 Fevral 2026
72
19:38 / 10 Fevral 2026
66
19:00 / 10 Fevral 2026
156
18:49 / 10 Fevral 2026
100
18:46 / 10 Fevral 2026
102
18:22 / 10 Fevral 2026
123
18:15 / 10 Fevral 2026
90
18:12 / 10 Fevral 2026
92
18:01 / 10 Fevral 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.