7 kəndin qazı kəsiləcək
07 May 2026, 13:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
799
10.02.2026, 16:29
Nəsimi Rayon İcra Hakimiyyətinə yeni təyin olunan icra başçısı Tahir Budaqovun əvvəlki rəhbərliyin dövründə formalaşmış komanda ilə işləyib-işləməyəcəyi maraq doğurur.
Oxu24.com xəbər verir ki,xüsusilə uzun illərdir rayonda rəhbər vəzifələrdə çalışan müavinlər – Gülarə Verdiyeva və Zahid Xəlilovun postlarını qoruyub-qorumayacağı diqqət mərkəzindədir.
Hazırda hər iki müavin Nəsimi Rayon İcra Hakimiyyətində fəaliyyətini davam etdirir.
Verdiyeva Gülarə Eyvaz qızı Goranboy rayonunda anadan olub. O, H.Zərdabi adına Pedaqoji İnstitutun İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsini, daha sonra isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” fakültəsini bitirib.
Əmək fəaliyyətinə orta məktəbdə laborant kimi başlayan Gülarə Verdiyeva ibtidai sinif müəllimi, direktor müavini və direktor vəzifələrində çalışıb.
2013-cü ildən Nəsimi Rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin, 2017-ci ilin fevral ayından isə icra başçısının birinci müavini vəzifəsində fəaliyyət göstərir.
Həmçinin oxuyun
Xəlilov Zahid Əziz oğlu 1963-cü il iyulun 5-də Ermənistan Respublikasının Amasiya rayonunda anadan olub. Orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib və müəllim kimi fəaliyyətə başlayıb.
1992-ci ildən etibarən Nəsimi Rayon İcra Hakimiyyətində müxtəlif məsul vəzifələrdə çalışıb. Uzun illər icra başçısının müavini, şöbə müdiri kimi fəaliyyət göstərən Zahid Xəlilov 2020-ci ilin dekabr ayından yenidən icra başçısının müavini vəzifəsini icra edir.
2013-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Dövlət qulluğunun müşaviridir.
1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, ərazi partiya təşkilatının sədridir.
Kadr islahatları ilə bağlı rəsmi qərarların yaxın günlərdə veriləcəyi gözlənilir.
13:08 / 07 May 2026
19
13:01 / 07 May 2026
24
12:57 / 07 May 2026
41
12:54 / 07 May 2026
92
12:41 / 07 May 2026
131
12:31 / 07 May 2026
53
12:22 / 07 May 2026
122
12:14 / 07 May 2026
102
12:01 / 07 May 2026
172
11:55 / 07 May 2026
563
11:54 / 07 May 2026
61
11:52 / 07 May 2026
36
11:46 / 07 May 2026
42
11:39 / 07 May 2026
50
11:34 / 07 May 2026
226
11:29 / 07 May 2026
131
11:25 / 07 May 2026
51
11:20 / 07 May 2026
45
11:18 / 07 May 2026
462
11:08 / 07 May 2026
58
11:03 / 07 May 2026
48
11:00 / 07 May 2026
58
10:47 / 07 May 2026
56
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.